Logo

Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başladı

Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişməsi başladı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Məktəbəhazırlıq qrupları və birinci siniflərin yerdəyişmə prosesi başlayıb.

Sfera.az xəbər verir ki, proses valideynlər tərəfindən www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

Bununla yanaşı, müxtəlif səbəblərdən 10-cu siniflərə qəbul üçün gecikən şagirdlər dekabrın 1-dək müvafiq portal vasitəsilə ümumi təhsil müəssisələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, 2024-2025-ci tədris ilinin birinci yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesinə noyabrın 1-dən başlanılıb. Bu günə qədər portal vasitəsilə valideynlər tərəfindən təqdim edilən 12 000 sorğu uğurla yekunlaşıb və təsdiq edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR