Logo

"Nuranə həyat dolu bir qız idi..." - Terrorda ölən qızın bacısı - FOTO

"Nuranə həyat dolu bir qız idi..." - Terrorda ölən qızın bacısı - FOTO
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Xəbər verdiyimiz kimi, İstanbulda Yeni il gecəsi baş verən terrorda ölən Nuranə Həsənova Bakıda dəfn olunub.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, Təzə Pir məscidində baş tutan mərasimdə mərhumun bacısı Vüsalə Həsənova da olub. O, Azərbaycanda sosial şəbəkələrdə bacısı haqda gedən müzakirələrdən təəssüfləndiyini dilə gətirib və yerli mətbuata açıqlama verməkdən imtina edib. Vüsalə Həsənova bacısının ölümü barədə danışmaqda çətinlik çəkdiyini qeyd edib:

"Mənim üçün çox ağırdır. Niyə axı bu lənətə gəlmiş terrorizmlə mübarizə aparmırsız?! Niyə məhz mənim qızım ölməli idi?! Niyə o?! Mənim gözəlim... Nuranə hələ cavan, həyat dolu bir qız idi, hamıya kömək edirdi..."

Xatırladaq ki, əslən azərbaycanlı olan Nuranə Həsənova Rusiya vətəndaşı idi və İstanbuldakı "Reina" əyləncə mərkəzinə bayramı qeyd etmək üçün yollanmışdı.

"Nuranə həyat dolu bir qız idi..." - Terrorda ölən qızın bacısı - FOTO
"Nuranə həyat dolu bir qız idi..." - Terrorda ölən qızın bacısı - FOTO
"Nuranə həyat dolu bir qız idi..." - Terrorda ölən qızın bacısı - FOTO
"Nuranə həyat dolu bir qız idi..." - Terrorda ölən qızın bacısı - FOTO

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR