Leyla Əliyeva plenar iclasda iştirak etdi - FOTOLAR

Leyla Əliyeva plenar iclasda iştirak etdi - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva noyabrın 15-də “Ecumene” Qlobal Forumu tərəfindən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunan plenar iclasda çıxış edib.

 

Sfera.az xəbər verir ki, ölkəmizin ev sahibliyi etdiyi COP29-un qlobal ekoloji problemlərin həllində rolu barədə danışan Leyla Əliyeva, qəbul ediləcək qərarların dayanıqlı gələcək naminə beynəlxalq həmrəyliyin möhkəmləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

 

Leyla Əliyeva çıxışında Azərbaycanda su resurslarının dayanıqlı idarə edilməsinə dair bir sıra məqamlara toxunub. Ölkəmiz tərəfindən həyata keçirilən bir sıra tədbirlər, o cümlədən yaxın illər ərzində yaradılması nəzərdə tutulan 10 su anbarı barədə plenar iclas iştirakçılarına məlumat verilib.

 

Xəzər dənizində su səviyyəsinin son illər ərzində endiyini qeyd edən IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Xəzərdə biomüxtəlifliyin qorunmasının əhəmiyyətini vurğulayıb. Eyni zamanda, Xəzər suitilərinin populyasiyasının XX əsrin əvvəli ilə müqayisədə 6 dəfədən çox endiyi bildirilib. Leyla Əliyeva qeyd edib ki, “Blue Marine Foundation” təşkilatı ilə əməkdaşlıq çərçivəsində Qızılağac Milli Parkı Xəzər dənizində ilk dənizkənarı mühafizə olunan ərazi kimi seçilib.

 

Bununla yanaşı, Leyla Əliyeva çıxışında IDEA İctimai Birliyi tərəfindən su resurslarının mühafizəsi istiqamətində görülən tədbirlərə toxunub. Bildirilib ki, “Zəngin hövzələr” layihəsi çərçivəsində müxtəlif növ milyonlarla balıq körpəsi ölkə ərazisində yerləşən bir sıra su hövzələrinə buraxılıb. “Bir damcı” layihəsinin nəticəsi olaraq ictimaiyyətə suyun səmərəli istifadəsinin əhəmiyyəti barədə geniş məlumat verilib.

 

Qeyd edək ki, plenar iclasda həmçinin BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri Selvin Çarlz Hart, Dünya İqtisadiyyatının Təhlili Mərkəzinin direktoru Ramon Piks-Madruqa, BMT-nin Ətraf Mühit Proqramının keçmiş icraçı direktoru Erik Solheym, Rusiya prezidentinin köməkçisi, prezidentin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev, Çeçenistan başçısının və hökumətinin administrasiyası rəhbərinin birinci müavini – Çeçenistanın naziri Xədicat Kadırova və Ümumrusiya təbiətin mühafizəsi cəmiyyətinin Mərkəzi Şurasının sədri Vyaçeslav Fetisov iştirak ediblər.

 


OXŞAR XƏBƏRLƏR

38.000 dollarlıq Hermes Lüks Çantasının real qiyməti nədir?

Maşın qiymətinə çantalar, ev qiymətinə qol saatları... Çoxumuzun almağa imkanı olmasa da, dəbdəbəli əşyaların qiyməti çənəmizin açıq qalmasına kifayət edir. &n...

“Harri Potter” aktyorlarının adları açıqlandı

J. K. Rowlingin “Harri Potter” kitab seriyasının filmə uyğunlaşdırılmasından 24 il keçir. 7 kitab üçün çəkilmiş 8 filmin hər biri “Potterheads...

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

Sərhəd Şəxsiyyət Pozuntusunun (Boderline) təxminən 9 əlaməti olduğuna dair yanlış bir fikir olsa da, tibb elmi bu simptomların faktiki sayının 5 olduğunu deyie....

ABŞ və Böyük Britaniyanın az qala düşmən olmasına səbəb olan hadisə: Donuz müharibəsi

Hadisə adi fermerin öz bağında kartofunu yeyən donuzu vurması ilə başlayıb. Donuzun sahibi ingilis, fermer amerikalı idi və hər ikisi eyni adada yaşayırdılar, h...

Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür.   Sfera.az xatırladır ki, Zərifə Əziz qızı Əliyeva 28 aprel 1923-...

Kaliforniyada güclü zəlzələ oldu

ABŞ-ın Kaliforniya ştatında 5,1 maqnitudalı zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.  ...