Logo

Rusiya təyyarələri Türkiyənin hava sahəsində uçuşlara başlayıb

Rusiya təyyarələri Türkiyənin hava sahəsində uçuşlara başlayıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiyanın "An-30B" tipli təyyarəsi Türkiyənin hava sahəsində müşahidə uçuşu aparmağa başlayıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Rusiyanın Milli Atom Riskini Azaltma Mərkəzinin sədir Sergey Rıjkov bildirib.

Onun sözlərinə görə, kəşfiyyat uçuşları dekabrın 18-dək davam edəcək. Mərkəz rəhbəri qeyd edib ki, təyyarə Türkiyənin qərbindən, Ərzurumdan havaya qalxıb, 1500 metr yüksəklikdə uçacaq: "Bu uçuş Türkiyə tərəfinin müəyyən etdiyi marşrut istiqamətində həyata keçiriləcək. Bu uçuşlarda Türkiyənin uyğun qurumlarının rəsmiləri də işitrak edəcək".

Qeyd edək ki, 1992-ci ildə ATƏT-ə üzv olan 27 dövlət "Açıq Hava Sahəsi Müqaviləsi"ni imzalayıb. Rusiya bu müqaviləni 2001-ci ilin mayında təsdiqləyib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR