İki qardaşı maşın vurub, piyadalardan biri ölüb

İki qardaşı maşın vurub, piyadalardan biri ölüb
 
Quba rayonunda bir nəfərin ölümü, digərinin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Rustov kəndində qeydə alınıb. Məlumata görə, Musayev Mehman Əmirqulu oğlu öz avtomobili ilə hərəkətdə olarkən 2006-cı il təvəllüdlü kənd sakini Qurbanov Xəqani Nurağa oğlu və onun qardaşı Qurbanov Rinadı vurub. Nəticədə Qurbanov Xəqani "qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, sol göz altı nahiyəsinin əzilmiş-cırılmış yarası" xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qurbanov Rinad isə ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Quba rayon Polis şöbəsində araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR