Sabah bəzi yerlərdə çiskinli yağış yağacaq - PROQNOZ

Sabah bəzi yerlərdə çiskinli yağış yağacaq -<b><span style="color:#ff0000"> PROQNOZ</span></b>
Kateqoriya məlum deyil14.11.24, 09:021873 👁️
T

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometrologiya Xidmətindən Sfera.az-a bildirilib ki, gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət gecə və gündüz 70-80 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 5-9° isti, gündüz 12-17° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-8° isti olacaq.

PAYLAŞ
Sehliyali
Yüklənir...