\"Molla məni camaatın gözü qarşısında hədələyərək pul tələb etdi”

\

"Zərdab rayon Cümə məscidinin axundu Feyzulla Tağıyev məni yas məclisində camaatın gözü qarşısında hədələyərək pul tələb etdi”

Bu sözləri Zərdab rayon Allahqulu bağı kənd Cümə məscidinin İmamı Hacı Zakir Məmmədov bildirdi. O həmçinin qeyd edib ki, Feyzulla Tağıyev cənazə namazı qılan bütün mollalardan pul tələb edir:

"Ona deyəndə ki, camaat imkansızdır, şəriyyətə görə cənazə namazı qıldığımız üçün hüzr sahibindən pul istəmək günahdır, deyir mənə dəxli yoxdur, zorla da olsa istəyib alın, gətirin verin mənə. Mən onun bu qanunsuz tələblərini yerinə yetirmədiyimə görə dünən bir məclisdə camaatın gözünün qabağında qolumdan tutub sürüyərək zorla çölə çıxarmaq istədi. Bu açıq-aşkar reketlikdir. Özünə din xadimi, axund deyən adam belə yüngül və mərifətdən kənar hərəkət etməməlidir. Rayonun baş mollası xalqın gözü qarşısında, böyük bir məclisdə belə aşkar reketlik edirsə, sadə insanlar ondan hansı nümunəni götürsünlər? İnsanlarda dinə, onun təbliğatçılarına qarşı inam hissini bu qədər öldürmək olmaz axı! Mənə qarşı bu cür nalayiq hərəkət həm özümə, həm də inanclı insanlara mənəvi zərbədir. Odur ki, Feyzulla Tağıyevin bu cür din xadiminə yaraşmayan hərəkətlərindən həm Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, həm də QMİ-nə şikayət vermişəm. Araşdırılmasını gözləyirəm".

Onu da qeyd edək ki, bir neçə gün öncə DQİDK-nin sədri Mübariz Qurbanlı reket mollaları kəskin tənqid etmişdi. (moderator.az)



OXŞAR XƏBƏRLƏR

Saxta xəbər yayan jurnalist 700 min CƏRİMƏLƏNDİ - Rusiyada

Rusiyanın Xabarovsk məhkəməsi 56 yaşlı yerli sakini Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat dərc etdiyinə görə 700 min rubl (təqribən 13561 manat) cərim...

Xalq artisti: "Gözümün qabağında əriyirdi"

"Görünməyən tərəflər çoxdur. Hər bir ailədə söz-söhbət olur. Nə yaxşı ki, nə həyat yoldaşım mənə, nə də mən ona qarşı küskün qala bilirik. Bir gün küsülü q...

Hakan Fidan Xocalı faciəsi ilə bağlı paylaşım etdi - FOTO

Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı Soyqırımı ilə bağlı sosial şəbəkədə paylaşım edib.   Sfera.az xəbər verir ki, Hakan Fidan, &nb...

Dünyada ümumi borc 318 trilyon dollara çatıb - Hamı FED-in qərarını gözləyir

Beynəlxalq Maliyyə İnstitutunun (IIF) dərc etdiyi hesabata görə, dünyada borcların ümumi məbləği 318 trilyon dollara çatıb. Ümumi borcun ÜDM-ə nisbəti 1,5 faiz ...

Hərbi təyyarə qəzaya uğradı - 46 nəfər öldü

Sudanın Omdurman şəhərində hərbi təyyarə qəzaya uğrayıb.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 46 insan həlak olub. Ölən...

Xırdalanda özünə antibiotik vuran qadın öldü

Abşeron rayonunda özünə iynə vuran qadın ölüb.   Sfera.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.   ...