Lerikdə məmur süründürməçiliyi

Lerikdə məmur süründürməçiliyi

Lerikin Divağaş kənd sakini Nuriyev Eynulla Səyədulla oğlu Politika.Az-a maraqlı məktub yollayıb

Onun sözlərinə görə, 19.12.2016-cı ildə saytımızda gedən yazıya görə leriklilər minnətdardır. 

E.Nuriyev bildirib ki, ixtisasca traktorçudur: "Kəndimdə sovxozda uzun müddət traktorçu işləmişəm. Ekspertiza Mərkəzinin ekperti Xəyyam İskəndərov, Lerik məhkəməsinin hakimi kimi insanlar varsa biz o torpaqları ala bilmərik. 

Babaəli Ağayevin heç bir sənədi olmadan mənim və 6 nəfər vətəndaşın əmlak payı torpaqlarını zəbt etmiş, bununla əlaqədər mən kəndçimiz Xanəhmədov Ramiz 2015-ci ildə Lerik məhkəməsinə iddia ərizəsi ilə müraciət etdik.

Məhkəmə ekzpertiza mərkəzinə məktub yazaraq ekspert gətizdirdi, ekspert Xəyyam İskəndərov kəndə gəlib torpağa baxış keçirdib katasır vurdu, bizə heç bir sənəd vermədi. Məhkəməyə ekspert rəyi göndərmişdi. 

Rəydə göstərmişdi ki, guya bizim bu ərazidə torpağımız yoxdur. Biz etiraz etdik, ikinci dəfə Lənkəran 10 saylı ərazi katasır idarəsinin 3 mütəxəsissinin iştirakı ilə ekspertiza təyin olundu.

Müəyyən olundu ki Ağayev torpaqları zəbt edib, X.İskəndərovun ikinci rəyinə əsasən Lerik məhkəməsi 15.12.2016 ci il tarixdə X.Ramizə məxsus olan torpağın zəbtinə görə B.Ağayevi 1338 manat cərimə etdi və onun torpaqdan çıxması baradə qərar qəbul qəbul etdi bu iş bir il çəkdi”. 

Şikayət deyir ki, onun məhkəmə işi 20.09.2016 ci il tarixli 2(048)774/2016 saylı qərərdadı ilə ekspertiza rəyi almaqdan ötəri sənədlərimi Ekspertiza Mərkəzinə göndərdi: 

"Mərkəzin eksperti Xəyyam İskəndərov 25.10.2016 ci il tarixli vəsadətinə əsasən Lerik məhkəməsi mənə 05.12.2016 ci il tarixli məktubu ilə mənə bildirir ki, 18.12.2016 ci-ildə ekspertiza mərkəzinin mütəxəsisi kəndə gəlib torpağa baxış keçirəcək, amma gəlmədi. 

Ekspertiza mərkəzinin rəis müavini N.Musayev 14.12.2016 ci il tarixli 6959 nömrəli məktubla mənə bildirir ki 22.12.2016 ci il tarixdə mərkəzin mütəxəssisi Xəyyam İskəndərov kəndə gəlib torpağa baxış keçirəcək, gəlmədi. 

Telefonla Xəyyamla əlaqə saxladım, mənə bildirdi ki məhkəmənin məktubu 10 saylı Lənkəran ərazi kadastr idarəsinə çatmayıb. Onlar mənə mütəxəsis vermirlər, məktub çatmayıbsa ekspertiza mərkəzi nə əsasə mənə məktub yazır.

Məndə təssəvür yaranır ki B.Ağayev X. İsgəndərovu, Lerik məhkəməsini satın alıb. Yuxarıda göstərdiyim tarixlərə baxın, 4 aydır gözləyirik bizim işimizi süründürməçiliyə salıb. Ekspertiza haqqında qanunda göstərilir ki rəy bir ay müddətində verilməlidir. 

Bu barada Prezidentə, Ədliyyə Nazirinə Ekspertiza mərkəzinin rəisinə dəfələrlə ərizə ilə müraciyətlərimiz olub nəticə olmayıb sizdən xiş edirəm ərizəmi dərc edəsiniz bəlkə bunlar dinə imana gəlsinlər”.


OXŞAR XƏBƏRLƏR

Saxta xəbər yayan jurnalist 700 min CƏRİMƏLƏNDİ - Rusiyada

Rusiyanın Xabarovsk məhkəməsi 56 yaşlı yerli sakini Rusiya Silahlı Qüvvələri haqqında yalan məlumat dərc etdiyinə görə 700 min rubl (təqribən 13561 manat) cərim...

Xalq artisti: "Gözümün qabağında əriyirdi"

"Görünməyən tərəflər çoxdur. Hər bir ailədə söz-söhbət olur. Nə yaxşı ki, nə həyat yoldaşım mənə, nə də mən ona qarşı küskün qala bilirik. Bir gün küsülü q...

Hakan Fidan Xocalı faciəsi ilə bağlı paylaşım etdi - FOTO

Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı Soyqırımı ilə bağlı sosial şəbəkədə paylaşım edib.   Sfera.az xəbər verir ki, Hakan Fidan, &nb...

Dünyada ümumi borc 318 trilyon dollara çatıb - Hamı FED-in qərarını gözləyir

Beynəlxalq Maliyyə İnstitutunun (IIF) dərc etdiyi hesabata görə, dünyada borcların ümumi məbləği 318 trilyon dollara çatıb. Ümumi borcun ÜDM-ə nisbəti 1,5 faiz ...

Hərbi təyyarə qəzaya uğradı - 46 nəfər öldü

Sudanın Omdurman şəhərində hərbi təyyarə qəzaya uğrayıb.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 46 insan həlak olub. Ölən...

Xırdalanda özünə antibiotik vuran qadın öldü

Abşeron rayonunda özünə iynə vuran qadın ölüb.   Sfera.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.   ...