Yağış, qar, dolu... - Sabahın havası açıqlandı

Yağış, qar, dolu... - Sabahın havası açıqlandı

Noyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin gecə və səhər bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 774 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % olacaq.

 

Azərbaycanın bəzi rayonlarında arabir yağıntı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dağlıq ərazilərə dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.


OXŞAR XƏBƏRLƏR

AFFA-nın mətbuat katibi dəyişdi

Tanınmış jurnalist Elnur Məmmədli AFFA-nın mətbuat katibi postunu tərk edib.   Sfera.az xəbər verir ki,  onunla yeni müqavilə imzalanmayıb. &...

Bakıda torpaq iyunda kəskin bahalaşıb

Bu ilin iyun ayında Bakının bütün rayonlarında torpaq sahələrinin orta qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə kəskin artıb.   Sfera.az xəbər ...

Hacıyev: Azərbaycan Rusiyanı AZAL-ın təyyarəsinin vurulması işində məsuliyyəti öz üzərinə götürməyə çağırır

Rəsmi Bakı Moskvanın Bakı-Qroznı reysi yerinə yetirən AZAL təyyarəsinin vurulmasına görə məsuliyyət götürəcəyini və bu işdə ədaləti təmin edəcəyini gözləyir. ...

Bu Günün Şanslı Bürcləri Açıqlanıb – Adlar

Bu gün bəzi bürclər üçün xüsusilə uğurlu hesab olunur.   Sfera.az “YourTango” platformasına istinadən xəbər verir ki, astroloji proqnoza ...

Emin Əmrullayev gürcüstanlı həmkarı ilə görüşdü – FOTOLAR

Elm və təhsil naziri Emin Əmrullayev ölkəmizdə səfərdə olan Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşüb.   Bu barədə Sfera.a...

Ermənistanla hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil – Hikmət Hacıyev

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil.   Sfera.az “Report”a istinadən xəbər verilir ki, bunu ...