COP29 konfransında NECƏ İŞTİRAK ETMƏK OLAR? - ÖDƏNİŞSİZ

COP29 konfransında NECƏ İŞTİRAK ETMƏK OLAR? - ÖDƏNİŞSİZ

COP29 konfransı çərçivəsində təşkil olunan Yaşıl Zonaya ödənişsiz giriş biletlərini artıq iTicket.az platformasından PULSUZ əldə etmək mümkündür.

 

Sfera.az xəbər verir ki, COP29 Sədrliyi tərəfindən təşkil və idarə olunan, eləcə də icmaların iştirakı, texnoloji həllər və qlobal əməkdaşlığı ehtiva edən Yaşıl Zona iqlim məsələləri ilə bağlı müxtəlif maraqlı tərəflərin - dövlət və özəl sektor təmsilçiləri, media, elm adamları, ekspertlər, yerli icmalar, vətəndaş cəmiyyəti institutları və rəsmi Mavi Zona nümayəndələrinin daxil olduğu geniş iştirakçı auditoriyasının bir araya gələcəyi məkandır.

 

Müxtəlif sahələrdə dayanıqlılıq və iqlim fəaliyyəti ilə bağlı bir sıra təşəbbüs və müzakirələr üçün platforma olan COP29 Yaşıl Zonasının proqramı iqlim dəyişmələri üzrə həllərin təşviqində gənclərin, eləcə də qadın və yerli icmaların daha geniş iştirakını ehtiva edir. Bundan əlavə, Yaşıl Zona dayanıqlı inkişaf naminə QHT-lər, eləcə də şirkət və ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsini də təşviq edir.

 

İqlim fəaliyyəti ilə yaxından tanış olmaq istəyənlər üçün açıq olan Yaşıl Zonaya biletləri iTicket platforması vasitəsilə elektron formada (ödənişsiz) əldə etmək mümkündür. Konfransın dayanıqlılıq prinsipləri nəzərə alınaraq, elektron biletlərin çap edilməsi və kağız daşıyıcıda təqdim olunması tələb olunmur.

 

Yaşıl Zona biletləri haqqında daha ətraflı məlumatı COP29 rəsmi veb-saytının müvafiq bölməsindən əldə edə, aidiyyəti sualları isə "[email protected]" elektron poçt ünvanına yönləndirmək olar


OXŞAR XƏBƏRLƏR

Qarabağda Ermənistan istehsalı minalar basdırılıb - Etiraf

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun Azərbaycan ərazilərində minaların basdırıl...

Azərbaycan və Serbiya ikitərəfli əməkdaşlığı müzakirə etdi

Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasıyev bu ölkənin dövlət idarəçiliyi və yerli idarəetmə naziri Yelena Jariç Kovaçeviç ilə görüşüb.   Sfera.az ...

"Qarabağ"ın ilk yoxlama oyunundakı rəqibi bəlli oldu

"Qarabağ"ın mövsümlərarası fasilədə keçirəcəyi ilk yoxlama oyununun vaxtı və rəqib müəyyənləşib.   Klubdan Sfera.az-a verilən məlumata görə...

Hindistan təyyarəsi tələbələrin yataqxanasına çırpıldı: YENİ TƏFƏRRÜATLAR

Xəbər verdiyimiz kimi, bu gün Londona uçan təyyarə Hindistanda qəzaya uğrayıb.   Sfera.az bildirir ki, “Air İndia” aviaşirkətinə məxsu...

“Azərbaycanın taleyini dəyişən gün: 15 İyunun strateji əhəmiyyəti”- FOTOLAR

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli&rdqu...

Fəxri adlara görə aylıq təqaüdün məbləği nə qədər olacaq?

2025-ci il iyulun 1-dən fəxri adlara görə aylıq təqaüdün məbləği artırılır.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin iy...