Logo

Azərbaycanda universitet müəllimi tələbələri avtomobillə vurdu

Azərbaycanda universitet müəllimi tələbələri avtomobillə vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Lənkəran Dövlət Universitetinin (LDU) müəllimi Tükəzban Cahangirova idarə etdiyi avtomobillə LDU-nun iki tələbəsini vurub. “Report”un xəbərinə görə, hadisə universitetin tədris korpusunun qarşısında baş verib.

Şahidlərin bildirdiyinə qulaqcıqdan istifadə edən qızlar nəqliyyat vasitəsini görməyiblər. Hər iki tələbə xəstəxanaya aparılıb. Onların ciddi xəsarət almadığı bildirilir.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsində (DYPİ) araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən pedaqogika üzrə fəlsəfə doktoru, şair-publisist Tükəzban Cahangirova deputat Hüseynbala Mirələmovun qohumudur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR