Axtarışda olan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi


Axtarışda olan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi

Noyabrın 2-də İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş dələduzluq, rüşvət vermə, sənədləri saxtalaşdırma və qanunsuz miqrasiyanı təşkil edərək (AR Cinayət Məcəlləsinin 178.3.1, 29, 178.3.1, 320.1, 320.2, 32.4, 312.2, 29, 318-1.2.1-ci maddələri) bir sıra şəxslərə külli miqdarda ziyan vurmaqda ittiham edilmiş Allahverdi Məmmədovun yeri Almaniyada müəyyən olunaraq, həbs edilib.

 

Bu barədə Sfera.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, həmin şəxsin ekstradisiyası ilə bağlı Baş Prokurorluğun sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin Ədliyyə Nazirliyi tərəfindən təqdimatı əsasında razılıq əldə olunaraq, A.Məmmədov Nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Almaniyadan ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib. Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.


OXŞAR XƏBƏRLƏR

Ötən il işdən azad edilən məktəb direktorlarının sayı açıqlanıb

Ölkə üzrə təhsil müəssisələrini əhatə edən monitorinqlər nəticəsində 36 məktəb direktoru işdən azad edilib.   Sfera.az xəbər verir ki, bu barədə Məkt...

Şagirdləri döydüyü deyilən müəllimlə bağlı açıqlama

Bakının Suraxanı rayonu 316 nömrəli orta məktəbdə müəllim Mehman Qurbanlının şagirdlərə fiziki şiddət göstərdiyi iddia olunur.   Sfera.az &ldquo...

Gələn ilin müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub

Gələn il üçün proqnozlaşdırılan müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub. Sfera.az "2026-2029-cu illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi&quo...

“Geyimini bilməyənlər efirə çıxmasınlar” - Əməkdar artist

"Onlar öyrənən deyil, canlarındakı budur. Biz gənclik dövrümüzdə müəyyən qaydaları öyrənib gəlmişik. Səhnədə necə hərəkət edə, nələri deyə bilərik. İndiki ...

Sabah geomaqnit qasırğası gözlənilir

16 martda G1-G2 səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.   Bu barədə Sfera.az-a Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlum...

Bakıda yaşayış binası yanır

Bakının Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb.   Bu barədə Sfera.az-a Fövqəladə Hallar Nazirliy...