Bu şəxslərin qazı kəsiləcək - AÇIQLAMA

Bu şəxslərin qazı kəsiləcək - AÇIQLAMA

"Ümumiyyətlə, hamam otaqlarında qaz avadanlıqlarının quraşdırılması təhlükəsizlik baxımından məqsədəuyğun deyil. Amma quraşdırılsa belə, mütləq təhlükəsizlik qaydalarına riayət etmək lazımdır". 

 

Sfera.az xəbər verir ki, bunu milli.az-a təhlükəsizlik məsələləri ilə bağlı ekspert Elmar Nurəliyev deyib.

 

O bildirib ki, həmin qaydalara əsasən, hamamın kvadratı minimum 7 kvadrat metr, hündürlüyü isə minimum 2.2 metr olmağı nəzərə alınaraq havalandırma və ventilyasiya sistemi olmalıdır. 

 

"Həmçinin, hamam otağındakı tüstü bacası standartlara uyğun olaraq ən azı damdan yarım metr yüksəkdə çat olmadan işlək vəziyyətdə olmalıdır. Quraşdırılması isə yalnız normativ tələblərə cavab verməlidir. 

 

Hamam otağının kvadratı havanın olmasına görədir. Əgər bu normativ tələblərə riayət olunmayıb hava çatışmazlığı olarsa, bu, dem qazı yaranması təhlükəsini yüksəldir və sonu bədbəxt hadisə ilə nəticələnə bilər".

 

Ekspert qeyd edib ki, bunların fonunda dəm qazı əleyhinə detektor olmalıdır. 

 

"Qaz təsərrüfatı olan yerdə həm qaz əleyhinə, həm də qaz sızması əleyhinə detektor olmalıdır. Bu, qanunvericilikdə də təsdiq olunub və təhlükəsizlik baxımından da məqsədə uyğundur. Dem qazından boğulma hallarının statistikasına baxanda görürük ki, əksər hallarda hamam otaqlarında baş verib. Evdə kombi və mərkəzi istilik sistemi olan evlərdə bu fakt daha azdır, çünki hamam otağında qaz cihazı yoxdur. Əgər hamam otağında qaz cihazı varsa, mütləq qaydalara riayət edilməlidir".

 

Qaz detektoru quraşdırmayan şəxslərə təbii qaz verilməyəcək?

 

Bu barədə sorğuya cavab olaraq Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, abonentlərə ilk öncə xəbərdarlıq edilir. Bir neçə xəbərdarlıqdan sonra isə qazın verilişi dayandırılacaq. 

 

O qeyd edib ki, "Azəriqaz" İstehsalat Birliyi abonentlərin təbii qazdan tam təhlükəsiz və düzgün istifadəsini təmin etmək məqsədilə bütün bu zəruri tədbirləri görür. 


OXŞAR XƏBƏRLƏR

“Elm və texnologiya” təqaüdünə layiq görülmüş tələbələrlə görüş keçirildi

Noyabrın 1-də Dövlət İmtahan Mərkəzində (DİM) Elm və Təhsil Nazirliyinin (ETN) təsis etdiyi “Elm və texnologiya” təqaüdünə layiq görülmüş bir qrup t...

"Barselona" iki futbolçusu ilə müqavilənin müddətini uzadacağına əmindir

İspaniyanın "Barselona" klubu iki futbolçusu ilə müqavilənin müddətini uzadacağına əmindir.   Sfera.az "Mundo Deportivo" nəşrinə ...

Məşhur aktyor marketdən oğurluq etdi - HƏBS EDİLDİ +FOTO

İstanbulun Beylikdüzü rayonunda marketdən 15 min lirə (744 manat) dəyərində zeytun yağı oğurlayan şəxs saxlanılıb.   Sfera.az Türkiyənin IHA agentliy...

Biznes kreditlərinin çox hissəsini iri sahibkarlar alır - STATİSTİKA

Azərbaycanda biznes kreditləri üzrə ümumi borcun məbləği 14,41 milyard manata çatıb.  Sfera.az Mərkəzi Bankın açıqladığı statistik məlumatlara istinad...

“Neftçi” məni yarıyolda qoydu” - Qara Qarayev

“Düşdüyüm situasiya pis idi. Fərqli vəziyyət olsaydı, daha yaxşı təkliflər alardım”.   Sfera.az xəbər verir ki, bu sözləri futbolxeber.az...

"Kartdan-karta" üsulu ilə işləyən daha 90 sahibkar CƏZALANDIRILDI

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan daha 90 vergi ödəyicisinə maliyyə ...