Fantastik qiymətə maşın nömrələri - 55 min dollara...

Fantastik qiymətə maşın nömrələri - 55 min dollara...

Cəmiyyətimizdə müxtəlif avtomobil markalarına geniş maraq olduğu kimi, onların nömrələrinə də xüsusi diqqət var. Xüsusən gənc sürücülər arasında maşın nömrələrində eyni hərfin və rəqəmin təkrar olunması cəlbedici hesab olunur. Bu kimi səbəblərdən bir çox hallarda fantastik qiymətlərə dövlət nişan nömrələrinə rast gəlmək olur. 

 

Sfera.az yenisabah.az-a istinadən xəbər verir ki,  elanlara nəzər yetirdikdə nişan nömrələrinin minimum 500 manatdan başlayıb, 100  min manatadək davam etdiyini görmək olar. Rəqəm və hərf təkrarının daha çox olması nömrələrin qiymətini artıran əsas faktor hesab olunur. Nisbətən sadə görünən və daha çox qarışıq simvollardan ibarət olan nişanlar isə ucuzdur. Məsələn, saytların birində qarşımıza çıxan “10-BB-200” nömrə nişanı 55 min dollara təklif olunur. Digər bir elanda dərc olunan “10-GG-666” yazılı nömrə isə 60 min manatdır.

 

Görünən odur ki, bu cür bahalı nömrələrə tələbat da həddən çoxdur. Araşdırmamız onu göstərdi ki, hətta yuxarıda sadaladığımız qiymətlərdən dəfələrlə daha baha təklif olunan maşın nömrələri də olub. Maraqlısı isə odur ki, bu tendensiya dünyanın demək olar ki, heç bir yerində yoxdur. Belə nömrələrin qiymətinə ən lüks maşın, hətta tam təmirli ev də almaq mümkündür. Bu nümunədən də bəlli olur ki, hansısa məhsulun qiymətinin onu keyfiyyəti deyil, ona olan tələb müəyyən edir.


OXŞAR XƏBƏRLƏR

Xaricə üz tutan gənclərin sayı artır - Səbəblər nələrdir?

Son illərdə Azərbaycan gəncləri arasında xaricə köçmək həvəsi güclənib. Bu proses həm ali, həm də orta təhsilə sahib olan gənclər arasında müşahidə edilir. ...

Müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlar ödənilib

2025-ci ilin fevral ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə ödənişlər yekunlaşdırılıb.   Sfera.az xəbər verir ki, bu ha...

Zelenski Vaşinqtona gedir - “Ukrayna mineralları verəcək, təhlükəsizlik isə…”

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-i cümə günü Vaşinqtona səfər edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp hökumətin ilk iclasında deyib. Ağ Ev rəh...

Transgenderlər ABŞ ordusundan uzaqlaşdırılacaq

ABŞ ordusu 30 gün ərzində transgenderləri xidmətdən azad edəcək.    Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pentaqonun məl...

Azərbaycan turizmdə rekordu yeniləyə bilmir - Səbəb

Ölkəmizdə 2011-ci il “Turizm ili” elan edildikdən sonra bu sektor sürətli inkişaf edərək 2019-cu ildə rekord göstəriciləri əldə etdi.   ...

Məşhur iş qadını evində ÖLÜ TAPILDI – FOTO

Türkiyənin məşhur iş qadını və qolf oyunçusu Beyhan Benardete Bodrumdakı evində ölü tapılıb. Sfera.az xəbər verir ki, Çamlık məhəlləsindəki evində tək...