Ağdaşın yeni icra başçısı kollektivə təqdim edildi

Ağdaşın yeni icra başçısı kollektivə təqdim edildi
Kateqoriya məlum deyil
T

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Orxan Rüfət oğlu Hüseynzadə bu gün rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

 

Sfera.az xəbər verir ki, təqdimat Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən edilib.

 

Təqdimatda Zeynal Nağdəliyev çıxış edərək ölkə başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

 

Xatırladaq ki, Orxan Hüseynzadə Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 1-də imzaladığı sərəncama əsasən, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR