“Koroğlu”dan yalnız bu üç avtobus işləyəcək - Bəs qalanları?

“Koroğlu”dan yalnız bu üç avtobus işləyəcək - Bəs qalanları?

COP29 tədbiri zamanı Bakıda 59 avtobus marşrutunda dəyişiklik baş verəcək.

 

Sfera.az xəbər verir ki, bunu AYNA-nın sədri Anar Rzayev COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə deyib.

 

Onun sözlərinə görə, hazırda 30 marşrut “Koroğlu” metrostansiyasına daxil olsa da, COP29 tədbiri zamanı sadəcə, 3 marşrut “Pramida” deyilən ərazidən fəaliyyət göstərəcək. Bu üç marşrut avtobusu isə əsasən, Ramana, Zabrat, Suraxanı ərazisinə hərəkət edəcək. Bunlar 214, 163 və 184 nömrəli marşrutlardır.

 

Digər marşrut avtobusların əksər hissəsi isə “Ulduz” metrostansiyasına yönələcək. Bu marşrutların sayı 12-dir. Qalanları isə “Qara Qarayev” və başqa metrostansiyalara yönəldiləcək.


OXŞAR XƏBƏRLƏR