Lənkəranskinin ölümündən sonra qardaşı görün nə etdi
Kateqoriya məlum deyil
Bir neçə ay əvvəl Türkiyənin İstanbul şəhərində qətlə yetirilən "qanuni oğru" Rövşən Lənkəranskinin qəbirüstü abidəsi Azərbaycana gətirilir.
Xarici ölkələrin birində hazırlanan qəbirüstü abidə yaxın günlərdə ölkəmizə gətiriləcək.
Abidənin Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun şəxsi təyyarəsi ilə Azərbaycana gətiriləcəyi də söyləntilər arasındadır. Xatırladaq ki, R.Lənkəranskinin cənazəsi də Mübariz Məsimovun şəxsi təyyarəsi ilə Lənkərana gətirilmişdi.
Abidə üzərində işin tamamlandığı və yeni ilin ilk günlərində Bakıya, oradan isə Lənkərana aparılacağı deyilir.
Qəbirüstü abidəni hazırlayan heykəltəraş barədə məlumat verilmir. Qəbirüstü abidəni R.Lənkəranskinin qardaşı Namiq Caniyev sifariş verib./cebhe.info