“28 May” stansiyasının təmirdən sonrakı halı - FOTOLAR

“28 May” stansiyasının təmirdən sonrakı halı - FOTOLAR

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Bakı Dəmiryol Vağzalının və metronun “28 May” stansiyasının qarşısındakı ərazidə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

 

Sfera.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, ümumi sahəsi 3,5 hektar olan ərazidə minik avtomobillərinin hərəkəti ləğv edilərək, müasir tələblərə cavab verən avtobus, piyada və velosiped zolaqları yaradılıb.

 

Köhnə döşəmə örtükləri ləğv edilərək, qranit bordürlər düzülüb və təqribən 22 min kvadratmetr qranit döşəmə örtüyü salınıb.

 

Ərazidə ümumi sahəsi təqribən 2300 kvadratmetr olan yaşıllıq yaradılıb, İtaliyadan gətirilmiş 200-dən çox ağac, 15 mindən çox kol əkilib, işıqlandırma işləri aparılıb, müasir oturacaqlar quraşdırılıb. Həmçinin müasir tikinti norma və qaydalarına cavab verən 2 fəvvarə, 2 dayanacaq inşa edilib, elektrik avtobusları üçün 4 enerjidoldurma məntəqəsi quraşdırılıb.

 

 















OXŞAR XƏBƏRLƏR

COP29 tədbirləri çərçivəsində dəmiryollarında yeniliklər tətbiq olunur

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) bütün strukturları, noyabrın 1-dən etibarən, Bakıda keçiriləcək COP29 Qlobal İqlim Konfransına hazırlıq çərçi...

“Narkomaniyaya yox deyək” və “Erkən nikahın fəsadları” mövzularında maarifləndirmə tədbiri keçirildi

Quba Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Quba rayon Tibb Kollecində “Narkomaniyaya yox deyək” və “Erkən nikahın fəsadları” mövzular...

Məşhur bəstəkar vəfat etdi

Belarus bəstəkarı Oleq Jukov vəfat edib.   Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bəstəkar ötən gün 87 yaşında Minskdə dünyasın...

Bakı-Şamaxı yolunda təmir işləri belə aparılır - VİDEO

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfi...

TDT Dövlət Başçılarının 11-ci Zirvə Görüşünün gündəliyi AÇIQLANDI

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının 11-ci Zirvə Görüşü 6 noyabr 2024-cü il tarixində Qırğız Respublikasının paytaxtı Bişkekdə keçiriləcək. ...

Pedro Sançez Azərbaycana gələcək

İspaniya hökumətinin sədri Pedro Sançez bu il Bakıda keçiriləcək COP29 konfransında iştirak etmək üçün Azərbaycana gələcək.   Sfera.az xəbər verir ki...