Meliorasiya və Su ASC-nin bu idarələri də dağıdılır

Meliorasiya və Su ASC-nin bu idarələri də dağıdılır
 
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində sensasion struktur islahatları başlanır.

Bu barədə Politika.Az-a verilən məlumatda qeyd olunur. 

Əhməd Əhmədzadənin nəzarətindəki idarələrin bir çoxunun ləğvi və ya birləşdirilməsi prosesinə başlanır. Şübhəsiz ki, bu islahatlar da ixtisarlara gətirib çıxaracaq. 

Əldə etdiyimiz məlumata görə, Meliorasiya-mexaniki təmir istehsalat birliyi, Üzən nasos stansiyalarının hazırlanması və təmiri zavodu, Bakı ixtisaslaşdırılmış elektrik avadanlıqlarının təmir-quraşdırma və sazlama idarəsi ləğv ediləcək. 

Məlumatda digər idarələrin də siyahısı açıqlanıb. Belə ki, Sumqayıt sənaye kombinatı, Gəncə ixtisaslaşdırılmış təmir-quraşdırma və sazlama idarəsi, Bəhramtəpə dəmirbeton zavodu, Subartezian quyularına servis xidməti idarəsi, Texnoloji-istehsalat komplektləşdirmə idarəsi, Hidrogeoloji-meliorativ xidmət idarələrinin birləşdirilməsi nəzərdə tutulur. 

Hakimiyyət postneft dövrünü struktur islahatları ilə keçməkdədir. Dövlətin israfçılıq yaradan qurumları ləğv edilir ya da birləşdirilir. Neftin dünya bazarında ucuzlaşması artıq qənaət rejiminə keçməyə vadar edib.

Prezidentin verdiyi fərmanlar və struktur islahatları onların "kürkünə birə salıb”. İlham Əliyevin qərarları məhz ölkənin iqtisadi vəziyyətinə adekvat addımlardır. Bu islahatlar büdcə vəsaitlərinə qənaət etməyə hesablanıb. 

Amma yırtıcı və talançı məmurlar mənimsəməyə vərdiş ediblər. Onların idarəçilik sistemi illərdi ki, korrupsiya üzərində köklənib. İndi yeni bir iqtisadi idarəçiliyin başlanması hakimiyyətin yuxarı dairələrinə etiraz etməklə müşayiət olunur. 

Bəzi məmurlar giley-güzarını çatdırır, əvvəlki gəlirlərin olmadığını yaxın çevrəsində şikayətlənir. Yaxın günlərdə Azərbaycanda bir neçə dövlət komitəsinin ləğvi də gözlənilir. 

Meliorasiya və su təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin yerli şöbələrində, layihə institutlarında kütləvi ixtisarlar başlanıb. 

Əldə etdiyimiz xəbərdə deyilir ki, "Azdövsutəslayihə” institutu, Azərbaycan Hidrotexnika və Meliorasiya Elm-İstehsalat Birliyi, Azərbaycan Elmi-Tədqiqat Su Problemləri İnstitutu, Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihənin Həyata Keçirilməsi üzrə İşçi Qrup, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti və digər idarələr demontaj ediləcək. 

Bununla büdcəyə ciddi şəkildə qənaət edilmiş olacaq. Sözügedən qurumlarda kütləvi ixtisarların olacağı da istisna edilmir. Onların ayrı-ayrılıqda fəaliyyətinin israfçılığa səbəb olması özünə yaxın qurumlarla birləşdirilməsinə zərurət yaradıb.


OXŞAR XƏBƏRLƏR

Bakıda yenidən qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

Bu gün axşamdan 27-si gündüzədək Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir sulu qar, qar yağacağı gözlənilir.   Sfera.az bildirir ki, ya...

"Avropa ölkələri bu halda məsuliyyət daşıyacaq" - Donald Tramp

Avropa ölkələri Ukraynaya müdafiə yardımı göstərməkdə “əsasən” məsuliyyət daşıyacaqlar. Bu, xüsusilə, hava hücumundan müdafiə sistemlərinə aiddir. ...

1000-dən çox britaniyalı musiqiçi süni intellektə etiraz edir

Mindən çox musiqiçi Böyük Britaniyada nəzərdə tutulan qanuna etiraz edir. Qanun etirazçıların musiqi sənayesində müəllif hüquqlarına zərər verdiyini bildirən sü...

Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bu gün Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ...

Göygöldə hamilə qadın və bətnindəki körpəsi dünyasını dəyişdi

Göygöldə qadın xəstəxanada ölüb. Sfera.az xəbər verir ki, rayonun Murovdağ qəsəbə sakini 1990-cı il təvəllüdlü Cəbrayılova Nuranə Əlibaba qızı 9 aylıq...

Azərbaycanlı müğənninin ailəsində FACİƏ - ölənlər var - FOTO

Müğənni İlkin Fuadın ailəsinə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, sənətçinin anası və nənəsi eyni gündə vəfat edib.   Onların ...