Əhalinin NƏZƏRİNƏ: ​Noyabrın 1-dən başlanılır...

Əhalinin NƏZƏRİNƏ: ​Noyabrın 1-dən başlanılır...

Noyabrın 1-i saat 11:00-dan II-XI sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

 

Sfera.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov oktyabrın 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, eyni zamanda, müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər noyabrın 1-dən dekabrın 1-dək ümumi təhsil müəssisələrinə qəbul üçün sy.edu.az vasitəsilə müraciət edə bilərlər: “Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə noyabrın 25-i saat 11:00-dan etibarən aktiv ediləcək.

 

Şagirdlərin elektron yerdəyişməsi sistemində 2024-2025-ci tədris ilində tətbiq edilən yeniliyə əsasən istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədilə Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə “istifadəçi adı və şifrə” ilə daxil olması məhdudlaşdırılacaq. Şəxsi kabinetə giriş yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçiriləcək. Vətəndaşların tətbiq edilən yeniliklə tanış olması məqsədilə oktyabrın 31-i saat 15:00-dan etibarən sy.edu.az saytında şəxsi kabinet yaratmaq və mövcud kabinetə “Digital Login” vasitəsilə daxil olmaq funksiyası aktiv ediləcək”.


OXŞAR XƏBƏRLƏR

20 qat dünya çempionu faciəli şəkildə öldü

Buz üzərində motoyarışlar üzrə 20 qat dünya çempionu, rusiyalı Nikolay Krasnikov Başqırdıstanın Kuşnarenkovo rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı d...

Bakıda daha bir uşaq faciəvi şəkildə VƏFAT ETDİ

Paytaxtın Nərimanov rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisəsi baş verib. Sfera.az xəbər verir ki, hadisə iyunun 14-ü gecə saat 01 ra...

Xaçmazda mənzildən meyit tapıldı

Xaçmazda mənzildən meyit tapılıb.   Bu barədə Sfera.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.   Bildirilib ki, məlumatla əlaqədar FHN...

“Hürrəmşəhr” raketi ehtiyatdadır – Tehran bu dağıdıcı silahdan istifadə edəcəkmi?

Yaxın Şərqdə gərginlik artmaqda davam edir. İranın İsrailə qarşı başlatdığı “Gerçək Vəd-3” adlı raket əməliyyatında indiyədək 300-ə yaxın raket atıl...

"İran düşmənə cəhənnəmi yaşadacaq" - Qalibaf

 İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ölkəsinin İsrail rejiminə qarşı cavab əməliyyatları və yaranmış vəziyyətlə bağlı sərt bəyan...

Axtarışda olan 61 nəfər ələ keçirildi

İyunun 14-də və 15-də ölkə ərazisində qeydə alınan 100, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   ...