Ermənistan təxribatlara hazırlaşır - VİDEOLAR

Ermənistan təxribatlara hazırlaşır - VİDEOLAR

Bu gün Ermənistan ərazisindəki Avropa İttifaqının “müşahidəçiləri” yenidən Azərbaycanla sərhəddə gəliblər.

 

Sfera.az xəbər verir ki, bununla bağlı “Ordu.az”a yeni görüntülər daxil olub.

 

Məlum olub ki, səhər saatlarında Laçın rayonunun Fətəlipəyə kəndi ilə sərhədə, Gorus rayonu Kornidzor kəndi ərazisində yerləşən yolun üzərinə, Gorus rayonu Kornidzor kəndi istiqamətindən Aİ-yə məxsus 2 ədəd “Tayota” markalı minik avtomabili və Ermənistana məxsus 1 ədəd “Niva”, 1 ədəd “Uaz Patriot” markalı minik avtomobilləri gəlib.

 

Avtomobillərdən 6 nəfər Aİ “müşahidəçisi” və bir nəfər erməni hərbi qulluqçu düşüb, Azərbaycanın ərazilərini müşahidə cihazı ilə 2 saata yaxın müşahidə ediblər. Sonra Kornidzor kəndi istiqamətinə qayıdıblar.

 

Saat 13 radələrində isə artıq Zəngilan rayonu ilə sərhəddə 2 ədəd Avropa İttifaqına məxsus “Toyota” markalı avtomobil və 1 ədəd “Uaz Hunter” markalı avtomobil peyda olub. Qeyd olunan avtomobillərdən ümumilikdə 5 nəfər Avropa İttifaqı “müşahidəçisi” və 1 nəfər erməni hərbi qulluqçu enib, gündüz görmə cihazı vasitəsilə bizim istiqamətləri müşahidə ediblər.

 

 

Qeyd edək ki, ötən gün mətbuatda Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına üzərində Fransa bayrağı dalğalanan avtomobildə “müşahidəçilər”in gətirilməsinə dair video yayılmışdı. Həmin şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu istisna edilmir. Görünür, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb. Bu, Ermənistanda revanşist qüvvələrə dəstək verən və yeni müharibəyə sövq edən Fransanın regionda sülh prosesinə zərbə vurmaq istiqamətində atdığı növbəti addımdır

 


OXŞAR XƏBƏRLƏR

COVID-19-a bənzəyir və mutasiyaya uğraya bilər - TƏFƏRRÜATLAR

Dünyamızda məskunlaşan yüz minlərlə viruslar arasında təhlükəli xəstəliklərin bəzi ştammları son zamanlar kölgədən çıxıb, planet əhalisinin sağlamlığı üçün pote...

Oğlan sinif yoldaşının 53 yaşlı anası ilə evlənir - FOTO

İsamu Tomioka gələcək həyat yoldaşı Midori ilə hələ məktəbdə oxuyarkən tanış olub. Ondan 21 yaş böyük olan qadın onun sinif yoldaşlarından birinin anası olub. B...

İnsanlar niyə təyyarələrə soldan minirlər?

Səyahət zamanı ağlınıza bəzi şeylər gəlir. Bu prosesdə stüardessaların, kabin heyətinin və pilotların təcrübə və təklifləri böyük əhəmiyyət kəsb edir.  ...

Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycanlı bloger, “Subo” adı ilə tanınan Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı ləğv edilib.   Sfera.az xəbər verir ki, bu b...

Quterreş Öcalanın silahı yerə qoymaqla bağlı müraciətini alqışlayıb

  BMT Baş katibi Antoniu Quterreş PKK terror təşkilatının Türkiyədə ömürlük həbsdə olan lideri Abdullah Öcalanın 40 ildən artıq davam edən münaqişənin h...

Tramp Zelenski ilə bağlı dediklərini təkzib etdi

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə b...