Dövlət qulluğu üzrə test imtahanları keçiriləcək

Dövlət qulluğu üzrə test imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 3-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək.

 

DİM-dən Sfera.az-a bildirilib ki, dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı elektron qaydada təşkil olunacaq. İmtahanda iştirak üçün 341 namizəd qeydiyyatdan keçib. Namizədlər DİM-in saytına daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.

 

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.

 

Fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 2, AC qrupu üzrə 7, BA qrupu üzrə 43, BB qrupu üzrə isə 122 olmaqla, ümumilikdə 174 namizəd qeydiyyatdan keçib.

 

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanının (AB, AC və BA qrupları) iştirakçıları DİM-in saytına daxil olub “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Kağız daşıyıcılar vasitəsilə keçiriləcək dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə qrupu) imtahanının iştirakçıları isə buraxılış vərəqəsini mərkəzin saytından çap edə bilrlər.

 

Buraxılış vərəqəsində imtahanın yeri, binası, vaxtı və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanacaq və 2 saat 30 dəqiqə davam edəcək. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmayacaqlar.

 

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər.


OXŞAR XƏBƏRLƏR

Ermənistanda hərbi hissədə mərmi partladı – 8 hərbçi YARALANDI

Ermənistanda hərbi hissədə mərmi partlayıb.   Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyi yayıb.   Ha...

İyulun pensiyası bu tarixdə ÖDƏNİLƏCƏK

İyulun 11-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.   Sfera.az xəbər verir ki, bu bar...

Avropada istiyə görə 2300-dən çox insan həyatını itirdi

Ötən həftə başa çatan kütləvi isti dalğası zamanı Avropanın 12 şəhərində 2300-ə yaxın insan dünyasını dəyişib.   Sfera.az xəbər verir ki, bu barədə L...

Tikdirdiyi binadan hər qızına 5 mənzil verəcək

Türkiyəli müğənni İbrahim Tatlıses Şanlıurfanın Dağeteği ilə Germüş bölgələri arasında yerləşən və təxminən 20 il əvvəl satın aldığı torpaq sahəsindən böyük qaz...

Məhərrəmlikdə onların bazarı "ölür"

Azərbaycanda Məhərrəm ayının başlaması ilə bir çox sahələrdə bazarın durğunluğu müşahidə olunur. Xüsusilə Aşura günü və ondan sonrakı günlərdə əyləncə, şənlik v...

Uşaqların inkişafında cəmiyyətin rolu - ARAŞDIRMA

Uşaq və gənclərin inkişafı istənilən cəmiyyətin gələcəyinin təminatıdır. Onların fiziki və mənəvi sağlamlığı həm fərdi xoşbəxtlik, həm də sosial rifah baxımında...