Planetimizdəki ən bahalı maddələr - FOTOLAR

Planetimizdəki ən bahalı maddələr -  FOTOLAR

Qızıl dünyanın ən bahalı metallarından biridir, lakin ən bahalı deyil. Dünyada ondan da bahalı maddələr mövcuddur və bu gün sizə onlardan bəziləri barədə danışacağıq.

AntimaddəQiyməti: 1 qram - 100.000.000.000 ABŞ dollarıMaddənin mümkün tətbiq üsullarından biri olaraq, alimlər uzaq ulduzlara yollanan kosmik gəmilərin yanacaqla təchiz edilməsini hesab edirlər.RodiumQiyməti: 1 qram - 45 ABŞ dollarıBaşlıca olaraq, karbon tullantılarının məhdudlaşdırılması üçün üçtərəfli kataliz dəyişdiricisində istifadə edilir.
TaaffeitQiyməti: 1 qram - 2.500-20.000 ABŞ dolları və ya 1 karatı (0.2 qram) 2.400 dollar Bu nadir mineral almazdan milyon dəfə az tapılır. Əsasən zərgərlik işində istifadə edilir. TritiumQiyməti: 1 qram - 30.000 ABŞ dolları Hidrogenin ağır radioaktiv izotopu asılı lövhələr və saatların işıqlandırılması üçün istifadə edilir.Xəzər nərə balığının kürüsüQiyməti: 1 qram - 35 ABŞ dollarıO, həm də "almaz" adı ilə məşhurdur. Bu bahalı kürü soyudulmuş kiçik porsiyalarda qəlyanaltı kimi yeyilir.
KaliforniumQiyməti: 1 qram - 27.000.000 ABŞ dollarıBu radioaktiv kimyəvi element neft quyularında neft və su təbəqələrini aşkarlamaq üçün nəzərdə tutulan qurğularda, o cümlədən tibbdə (xərçəng hüceyrələrinin şüa terapiyasında) istifadə olunur.Ağ yerdombalanıQiyməti: 1 qram - 5 ABŞ dollarınadəkMüxtəlik xörəklərin hazırlanmasında istifadə edilir.QızılQiyməti: 1 qram - təxminən 39.81 ABŞ dolları Zərgərlik incəsənətində istifadə edilir, o cümlədən elektrikkeçiriciliyi və korroziyaya davamlılığı ilə fərqlənir.PlutoniumQiyməti: 1 qram - 4.000 ABŞ dollarıBu radioaktiv metal nüvə silahının hazırlanmasında, kosmik aparatların qidalanma elementlərində istifadə olunur, nüvə yanacağı qismində xidmət edir. BrilyantQiyməti: 1 karat - 13.000 ABŞ dolları
Bir qayda olaraq, zərgərlik məmulatlarında istifadə edilir.Platin (ağ qızıl)Qiyməti: 1 qram - 48 ABŞ dollarıZərgərlik məmulatlarının hazırlanmasında, eləcə də katalizator olaraq istifadə edilir, o cümlədən xərçəng əleyhinə preparatların tərkibinə daxildir.PeynitQiyməti: 1 qram - 300.000 ABŞ dollarıBu mineral ən nadirlərdən biri hesab edilir. Şəfalı daş kimi məşhurdur.
SolirisQiyməti: 30 ml tutumlu şüşə qab - 5.000 ABŞ dolları Soliris dünyada ən bahalı tibbi preparat hesab edilir. Onun köməyi ilə eritrositlərin adi haldan daha tez dağıldığı nadir ölümcül xəstəliklər müalicə olunur. Soliris vasitəsilə bir il müalicə almaq 569.000 ABŞ dollarına başa gələ bilər.ZəfəranQiyməti: qram - 11.13 dollarOndan kulinariyada, tibbdə, o cümlədən qida boyası qismində istifadə edilir.Kərgədan buynuzuQiyməti: 1 qram - 55 dollarVyetnamda yayılan şayiəyə görə, kərgədan buynuzu xərçəng xəstəliyini müalicə edə bilər. Onun vasitəsilə qızdırma və digər xəstəlikləri sağaldırlar.


OXŞAR XƏBƏRLƏR