DİM-in keçirdiyi imtahanlar taksi sürücüləri ilə bağlı problemləri həll edəcəkmi?

DİM-in keçirdiyi imtahanlar taksi sürücüləri ilə bağlı problemləri həll edəcəkmi?

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi taksi sürücüləri üçün imtahanlar keçirir. İyulun 1-dən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün ilk belə imtahan avqustun 25-də baş tutub. Növbəti imtahan isə noyabrın 3-nə təyin olunub. Digər tərəfdən, hər nə qədər taksi xidməti sahəsində tənzimləmələr aparılsa da, sürücü-sərnişin problemi hələ də müşahidə olunur.

 

Maraqlıdır, DİM-in keçirdiyi imtahan mövcud problemləri aradan qaldıra bilərmi? 

 

Bununla əlaqəli Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov deyib ki, indiyə qədər taksi sürücüləri ilə bağlı müəyyən anlaşılmazlıqlar qeydə alınıb:

 

“Sosial şəbəkələrdə görüntülər paylaşılıb, müxtəlif problemlər müzakirə olunub. Bu və ya digər formada taksilər və ya sürücülərlə bağlı məsələlərin müsbət qarşılanmadığı hallar da olub. Digər tərəfdən, insanların yol hərəkəti haqqında qanuna inamını artırmaq, onların yol hərəkətinin təşkili, təhlükəsizliyi ilə bağlı güvənini qazanmaq lazımdır.  Düşünürəm ki, vətəndaşlarımız neqativlərə qarşı daha adekvat olmalıdır ki, qanunun icazə verdiyi maksimum həll yollarını da araşdıra bilsinlər”.

 

Aslan Əsədovun fikrincə, DİM-in təşkil etdiyi imtahanlar isə qeyd edilən aspektdə önəm daşıyır:

 

“İmtahanın öz imkanları, daxili resursları var. DİM-in təşkil etdiyi imtahanlar xüsusi qaydalar çərçivəsində keçirilir. Sözügedən imtahanlardan uğurla keçən kifayət qədər taksi sürücüləri var. Bu da həm onların özlərində, həm də cəmiyyət daxilində inam formalaşdırır”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

COVID-19-a bənzəyir və mutasiyaya uğraya bilər - TƏFƏRRÜATLAR

Dünyamızda məskunlaşan yüz minlərlə viruslar arasında təhlükəli xəstəliklərin bəzi ştammları son zamanlar kölgədən çıxıb, planet əhalisinin sağlamlığı üçün pote...

Oğlan sinif yoldaşının 53 yaşlı anası ilə evlənir - FOTO

İsamu Tomioka gələcək həyat yoldaşı Midori ilə hələ məktəbdə oxuyarkən tanış olub. Ondan 21 yaş böyük olan qadın onun sinif yoldaşlarından birinin anası olub. B...

İnsanlar niyə təyyarələrə soldan minirlər?

Səyahət zamanı ağlınıza bəzi şeylər gəlir. Bu prosesdə stüardessaların, kabin heyətinin və pilotların təcrübə və təklifləri böyük əhəmiyyət kəsb edir.  ...

Azərbaycanlı bloger Rusiya vətəndaşlığından çıxarıldı

Azərbaycanlı bloger, “Subo” adı ilə tanınan Sübhan Murad oğlu Məmmədovun Rusiya vətəndaşlığı ləğv edilib.   Sfera.az xəbər verir ki, bu b...

Quterreş Öcalanın silahı yerə qoymaqla bağlı müraciətini alqışlayıb

  BMT Baş katibi Antoniu Quterreş PKK terror təşkilatının Türkiyədə ömürlük həbsdə olan lideri Abdullah Öcalanın 40 ildən artıq davam edən münaqişənin h...

Tramp Zelenski ilə bağlı dediklərini təkzib etdi

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Kir Starmerlə görüşündə Ukrayna lideri Volodimir Zelenskini hələ də diktator hesab edib-etməməsi ilə b...