Qatar vuranların sayı artıb, qurban olmamaq üçün nə etməliyik? - Ekspertdən TÖVSİYƏ

Qatar vuranların sayı artıb, qurban olmamaq üçün nə etməliyik? - Ekspertdən TÖVSİYƏ

Bakıda iki nəfər qatarın altında qalaraq ölüb. Belə ki, dünən saat 22:15-də elektrovoz Qobustan-Səngəçal istiqamətində hərəkət edərkən iki nəfər şəxs qəfil qatarın qarşısına çıxıb. Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub. Bu konteksdə, ümumiyyətlə, son zamanlar qatarın altında qalıb ölənlər və ya ciddi xəsarət alanlarla bağlı xəbərlərin sayında artım müşahidə olunur. Əksər hadisələr isə ehtiyatsızlıqdan baş verir.

 

Mövzu ilə bağlı Sfera.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, dəmiryol keçidlərində həm sərnişinlər, həm də nəqliyyat vasitələri mütləq təhlükəsizlik üçün nəzərdə tutulmuş hüdud xətlərini keçməməlidirlər:

 

“Yəni buna diqqət edilməlidir. Yalnız təyin olunmuş, xüsusi ayrılmış yerlərdən keçid üçün istifadə olunmalıdır. Vətəndaşlar onlara məxsus olan nəqliyyat vasitələrini qatar relslərinin üzərində saxlamamalıdır.  Qatarın gəlməsinə əmin olandan sonra ondan keçid üçün istifadə etməlidirlər. Məlumatlandırıcı, xəbərdaredici nişanın tələbinə ciddi riayət olunmalıdır. Keçid üçün nəzərdə tutulmayan yerlərdən kənar durmaq lazımdır. Piyadalar üçün nəzərdə tutulmayan hissələrdən keçmək və ya orada hansısa bir oyunlar təşkil etmək, xüsusilə də azyaşlı uşaqların bunu etməsi yolverilməzdir. Yaxud qatar relsinin üzərinə hər hansı vasitələr qoyurlar, bu, təhlükəsizlik baxımından da olmaz. Sərnişinlər həm qatarların hərəkətinə, həm də öz həyatlarına qarşı təhlükə yaratmış olurlar”.

 

Ekspert qeyd etdi ki, ümumiyyətlə, vətəndaşlar qatar relsindən keçərkən ehtiyatlı davranmalıdırlar:

 

“Qatarın gəlmədiyinə əmin olmalıdırlar. Əks halda, ani məsuliyyətsizlik və ya diqqətsizlik faciəyə səbəb ola bilər. Adətən piyadalar qatarın gəlməsinə az müddət qalmış, “hələ vaxtım var, keçə bilərəm”, deyə düşünüb bu addımı atırlar. Nəticədə, ölüm halları da qeydə alınır. Yaxud qatar relsinə çatıb onun gəlməsini gözləmədən və ya gəlib-gəlməməsinə əmin olmadan nəqliyyat vasitəsi ilə keçməyə çalışırlar. Həmin anda nəqliyyat vasitəsinin mühərriki sönə bilər, yaxud hansısa nasazlıq səbəbindən dayana bilər və sonda bu, bədbəxt hadisəyə gətirib çıxarar. Ona görə də mütləq keçiddən istifadə edərkən diqqətli olmalıdırlar”.

 

Günay Rəsulqızı
 


OXŞAR XƏBƏRLƏR

Səyahətdə Yelo Visa Infinite kartı ilə premium üstünlüklər

Yeni il qabağı tətil planlamasına başlaya bilərsən! Yelo Visa Infinite kartı ilə səyahətə hazırlıqların səfər günü də daxil olmaqla rahat keçəcək. Bu kart ilə Ş...

Şabranda polis “Təmiz hava“ aylığı ilə bağlı tədbir keçirdi

Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin, eləcə də ETSN-nin regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları birgə rayon ərazisində...

İran “İPhone” idxalına qoyulan qadağanı LƏĞV ETDİ

İran hakimiyyəti “İPhone” smartfonlarının idxalına qoyulan bütün məhdudiyyətləri aradan qaldırıb.   Sfera.az xəbər verir ki, bu barədə öl...

Bu müayinələr pulsuz olacaq? - AÇIQLAMA

Vətəndaş yalnız tibbi göstəriş, yəni sağlamlıqla bağlı şikayəti olduğu halda, icbari tibbi sığorta hesabına, yəni ödəniş etmədən tibbi müayinədən keçə bilər. ...

Emin Ağalarovun ev hədiyyə etdiyi qazi: "O qədər soyuq idi ki..." - VİDEO

“İnstagram”dan zəng gələndə yoldaşım telefonu mənə uzatdı ki, Emin Ağalarovdan zəng gəlir”.   Sfera.az xəbər verir ki, bu sözləri X...

Dövlət qulluğu üzrə test imtahanları keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 3-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına...