Azərbaycanda COP29-la bağlı enerji sisteminin işi gücləndiriləcək

Azərbaycanda COP29-la bağlı enerji sisteminin işi gücləndiriləcək

COP29 tədbirinin və ümumilikdə Bakı şəhəri başda olmaqla ölkənin fasiləsiz və dayanıqlı elektrik təchizatının təmin edilməsi üçün “Azərenerji” ASC gücləndirilmiş iş rejiminə keçir.

 

ASC-dən Sfera.az-a verilən məlumata görə, müvafiq dövlət qurumları ilə birgə enerji obyektlərinin fiziki və kiber təhlükəsizliyinin təmin edilməsindən tutmuş, enerji obyektlərində istismar və texniki xidmətlə əlaqədar baş verə biləcək qəza açılmalarının qarşısının alınmasına qədər bütün qabaqlayıcı tədbirlər görülüb. Bunun üçün paytaxt və ətraf ərazilərdə yerləşən 37 qovşaq yarımstansiyası, 129 ötürmə xətti və 6 elektrik stansiyası tam təftiş olunub, istehsal prosesində əlavə ehtiyat güc saxlanılması üçün resurslar müəyyən edilib.

 

Bundan başqa yeni gətirilən elektrik avtobuslarının enerji ilə təmin edilməsi üçün 110 kilovotluq Zığ yarımstansiyası tam yenidən qurulub və genişləndirilərək gücləndirilib.

 

Eyni zamanda COP29 tədbiri ilə əlaqədar Hava Limanı, Zığ şossesi və 8 Noyabr prospekti ilə kəsişən, eləcə də, Hava Limanı yolu kənarı ilə gedən 5,5 km məsafədə 110 kV-luq ikidövrəli yüksək gərginlikli hava xətləri sökülərək yeraltı kabel xətləri ilə əvəz edilib.

 

Tədbirlə əlaqədar xüsusi təyinatlı briqada və səyyar diaqnostika laboratoriya avtomobilləri daim iş başında olacaq. Eyni zamanda avtomobil və xüsusi təyinatlı dronlar üzərində quraşdırılmış yüksək dəqiqlikli kameralar və teplovizorlarla yarımstansiya və xətlərdə qızma nöqtələrinin müəyyən edilməsi və beləliklə adi gözlə görünməsi mümkün olmayan qəza risklərinin müəyyənləşdirməsi təmin ediləcək.


OXŞAR XƏBƏRLƏR

İsrail Prezidenti Bakıda keçiriləcək COP29-da iştirak edəcək

İsrail Prezidenti İsaak Hersoq bu il Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında ölkəsini təmsil edəcəyini açıqlayıb.   Sfera.az xəbər verir ...

Bakıda COP29 iqlim konfransı çərçivəsində ən böyük yaşıl enerji forumu keçiriləcək

Bakıda Mərkəzi və Şərqi Avropada yaşıl enerji məsələləri üzrə ən böyük forum keçiriləcək.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Bolqarıst...

Azərbaycan klubunun rəsmisi 5 oyunluq cəzalandırıldı

AFFA U-15 Liqasında çıxış edən "Asta" klubunun rəsmisi Rüstəm Əliyev 5 oyunluq cəzalandırılıb.   Sfera.az xəbər verir ki, bu barədə AFFA-nı...

Paşinyan “sülh qovşağı” təşəbbüsünə niyə Türkiyəni də daxil etmək istəyir?

"Ermənistanın Baş naziri Nikol Paşinyanın “sülh qovşağı” ideyasının reallaşması Azərbaycanla sülh sazişinin imzalanmasından və Zəngəzur dəhlizi...

Avropa Çin elektromobillərinə sanksiya TƏTBİQ ETDİ - Rəsmi Pekindən AÇIQLAMA

Avropa İttifaqı Çindən idxal edilən bəzi elektrik mühərrikli avtomobillərə (elektromobil) görə 45,3 faiz rüsum alacaq. Buna səbəb Çində elektromobil istehsalına...

Bakıda yol qəzası oldu - Sıxlıq yarandı

Bakının Nəsimi rayonunda baş verən yol qəzası sıxlığa səbəb olub.   Bu barədə Sfera.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdar...