Bakıda səfirliyə qarşı terror aktı planlaşdırmış əcnəbiyə HÖKM OXUNDU

Bakıda səfirliyə qarşı terror aktı planlaşdırmış əcnəbiyə HÖKM OXUNDU

Azərbaycanda terror aktı planlaşdırmaqda ittiham olunan Əfqanıstan vətəndaşı Favzan Musa Xanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

 

Sfera.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən Favzan Musa Xan 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

 

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata əsasən, Əfqanıstan İslam Respublikasının vətəndaşı, 1990-cı il təvəllüdlü Favzan Musa Xanın digər şəxslərlə qabaqcadan əlbir olaraq Azərbaycan Respublikası ərazisində ictimai sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə partlayış, yanğın və ya digər bu kimi hadisələrlə müşayiət olunacaq, insanların həlak olması, onların sağlamlığına zərər yetirilməsi, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli halların baş verməsi ilə nəticələnəcək terror aktı törətməyi planlaşdırması müəyyən edilib.

 

Məlum olub ki, adıçəkilən əcnəbi qeyd olunan cinayət əməllərini törətmək niyyəti ilə xarici ölkədən Azərbaycan Respublikasına gəlib, Bakı şəhərində yaşadığı müddətdə üçüncü dövlətin ölkəmizdəki Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparıb, terror aktında iştirak edə biləcək şəxslərin müəyyən edilərək bu fəaliyyətə cəlb olunması, odlu silah və partlayıcı maddələrin əldə edilməsi, bu məqsədlərlə maliyyə dəstəyinin alınması üçün digər şəxslərlə əlaqəyə girərək sövdələşib.

 

Faktla bağlı Favzan Musa Xan DTX-nin İstintaq baş idarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 214.2.1 və 28, 214.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında odlu silah və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə terrorçuluq hərəkətlərinin törədilməsinə hazırlıq) maddələri ilə başlanılmış cinayət işi üzrə cinayət başında saxlanılaraq təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR

Özünü körpüdən atmaq istəyən qız xilas edildi - FOTO

Oktyabrın 29-da Tovuz rayonunda körpüdə intihara cəhd olub.   Sfera.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayon sakini 23 yaşlı F.Fərhadova...

170 min hektardan çox ərazi minalardan təmizləndi

Vətən müharibəsindən sonra 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanmasından bu günə qədər 170, 071.9 ha ərazi minalardan təmizlənib.   S...

Sumqayıtda azyaşlı övladını dənizdə boğaraq öldürməkdə ittiham olunan ataya cəza istənildi

Sumqayıtda azyaşlı övladını qəsdən öldürməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Ahmet Yeşilin cinayət işi üzrə məhkəmə yekunlaşıb.   Sfera.az xəbər ...

ANAMA-ya üç yeni minaaxtaran it təqdim olundu

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) üç yeni minaaxtaran it təqdim olunub.   Sfera.az xəbər verir ki, bunu Qarabağ Dirçəliş F...

Azərbaycanda vəzifəli şəxslər həbs edildi - RƏSMİ

Kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olan daha bir neçə vəzifəli şəxs məsuliyyətə cəlb edilib.   Sfera.az xəbər verir ki, bu barədə ...

Ararat Mirzoyan COP29-da iştirak etmək niyyətindədir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyas...