"Bəzi dövlət qurumları fiziki şəxsiyyət vəsiqəsi tələb edirlər,bu yolverilməzdir" - Osman Gündüz

"Bəzi dövlət qurumları fiziki şəxsiyyət vəsiqəsi tələb edirlər,bu yolverilməzdir" - Osman Gündüz

Bir müddət öncə qanunvericilikdə əhəmiyyətli dəyişikliklər oldu. Belə ki, şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, nikah və ölüm haqqında şəhadətnamənin rəqəmsal versiyalarının da hüquqi statusu təsdiqləndi. Vətəndaş “myGov” vasitəsilə şəxsi və digər məlumatlarını təqdim edirsə, bu artıq sadə bir məlumat deyil, rəqəmsal sənəddir.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, bəzi yerlərdə yenə də fiziki şəxsiyyət vəsiqələri və digər sənədlərin surətləri tələb edilir:

 

“Yaxud da bəzi qurumlar heç lazım olmasa da, belə sənədlərin surətlərini çıxarıb saxlayırlar. Bəzi dövlət qurumları isə hələ də girişdə fiziki şəxsiyyət vəsiqəsi tələb edirlər, hətta vətəndaş binanı tərk edənə qədər fiziki vəsiqələri özlərində saxlayırlar. Bütün bunlar isə yolverilməzdir”.

 

O.Gündüz bildirdi ki, dəyişiklikdən sonra ölkədə rəqəmsal transformasiyanın sürətlənməsi və fərdi məlumatların təhlükəsizliyinin qorunması üçün şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə və nikah şəhadətnaməsinin sürətlərinin tələb edilməsi, ümumiyyətlə, qadağan olunmalıdır: “Bununla bağlı qanunvericiliyə müvafiq əlavənin edilməsi faydalı olardı”.

 

Günay 


OXŞAR XƏBƏRLƏR