Leyla Əliyeva Sumqayıtda tədbirdə- FOTOLAR


Leyla Əliyeva Sumqayıtda tədbirdə- FOTOLAR

Oktyabrın 28-də Sumqayıt Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Ülviyyət” adlı tədbir keçirilib.

 

Sfera.az xəbər verir ki, Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

 

Tədbirin açılışında Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin simli kvartetinin ifasında musiqi əsərləri səsləndirilib.

 

Leyla Əliyeva tədbirdə sərgilənən müxtəlif sənət əsərləri ilə yaxından tanış olub. Sərgidə rəssamlıq, daş tozundan fiqurların tökülməsi, ağac üzərində bədii oyma, toxuculuq və digər sənət növləri üzrə əl işləri nümayiş olunub. Tədbir çərçivəsində, həmçinin şəhid ailəsi üzvlərinin əl işlərindən ibarət kulinariya sərgisi də təşkil edilib.

 

Bundan əlavə, şəhid övladlarından ibarət “Zəfər sədası” xor qrupunun ifasında səsləndirilən Vətənə həsr olunmuş mahnılar tədbirə xüsusi ab-hava qatıb.

 

Sonda Sumqayıt Reabilitasiya Mərkəzinin əməkdaşları və sağlamlıq imkanları məhdud şəxslər birgə türk rəqsi ifa ediblər. Qarabağ müharibəsi qazisi və Sumqayıt Reabilitasiya Mərkəzinin əməkdaşının inklüziv rəqsi də iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

 

Qeyd edək ki, bu cür tədbir və sərgilərin təşkili əlilliyi olan şəxslərin və şəhid ailələrinin üzvlərinin cəmiyyətə daha çox inteqrasiyasına, onların inklüzivlik meyarlarının artmasına və sosial statuslarının yaxşılaşmasına xidmət edir.

 








OXŞAR XƏBƏRLƏR

Elm və təhsil naziri “Maarifçi”lərlə görüşdü - FOTO

Oktyabrın 28-də elm və təhsil naziri Emin Əmrullayev “Maarifçi” tələbə-məzun təcrübə proqramının ikinci mərhələsinin iştirakçıları ilə görüşüb. &nbs...

Xalq artistinə qəribə ad günü təbriki

Aparıcı Tural Əsədov Xalq artisti Miri Yusifi qəribə şəkildə təbrik edib.   Sfera.az xəbər verir ki, aparıcı Niyaməddin Musayevin kədərli bir şəklini...

Macarıstan Baş naziri Tbilisidə səfərdədir

Macarıstanın Baş naziri Viktor Orban Gürcüstanda rəsmi səfərdədir.   Sfera.az xəbər verir ki, Macarıstan hökumətinin başçısının Tbilisi Beynəlxalq Ha...

Cüdo üzrə Bakı şəhər çempionatı keçiriləcək

Oktyabrın 30-dan 31-dək Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə cüdo üzrə qadınlar və kişilər aras...

Azərbaycanda elçiliyin sonu ölümlə bitdi - VİDEO

Biləsuvarda məcburi köçkün ailələri üçün salınan şəhərcikdə qətl hadisəsi baş verib.   Əslən Cəbrayılın Böyük Mərcanlı kəndindən olan həmyerlilərin m...

Bakı Kənar Dairəvi yolda təhlükəli vəziyyət - Ərazi nəzarətə götürüldü

Bu gün saat 16 radələrində Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları tərəfindən Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrli...