Minimum əməkhaqqı və pensiya bu qədər ARTIRILACAQ

Minimum əməkhaqqı və pensiya bu qədər ARTIRILACAQ

2023-cü il yanvarın 1-dən Azərbaycanda minimum aylıq əməkhaqqı 300 manatdan 345 manata, minimum pensiya isə 240 manatdan 280 manata qaldırılıb. Artıq son artımın üzərindən 2 ilə yaxın bir müddət keçir. Hər kəsi maraqlındar sual isə odur ki, minimum əməkhaqqı və minimum pensiya nə vaxt və nə qədər artırılacaq?

 

Ötən gün əhaliyə şad xəbəri Prezident İlham Əliyev verdi. Dövlət başçısı Milli Məclisdə çıxışı zamanı artıq göstəriş verildiyini, gələn ildən minimum əməkhaqqı və minimum pensiyanın artırılacağını dedi.

 

Bəs gəlin görək minimum əməkhaqqı və minimum pensiya nə qədər artırılacaq?

 

Məsələ ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlama verən iqtisadçı-ekspert Elşad Məmmədov deyir ki, minimum əməkhaqqının nə qədər artırılacağı ilə bağlı məsələ Prezident İlham Əliyevin qərarı ilə bağlıdır. Bu dövlət başçısının qərarı ilə tənzimlənir.

 

Fikrimcə minimum əməkhaqqı 400 manat ətrafında formalaşacağını proqnozlaşdıra bilərik.

 

"Minimum pensiyaya gəldikdə isə, burada artım Dövlət Statistika Komitəsinin illik elan etdiyi inflyasiya göstəricilərinə uyğun olacaq. Pensiyaların indeksləşdirilməsi bu xüsusda həyata keçiriləcək”.

 

E.Məmmədov deyir ki, son 6 ildən artıq bir müddətdə ölkədə qabaqlayıcı sosial müdafiə tədbirlərinin həyata keçirilməsi çox aktiv vüsət almışdır.

 

"Əməkhaqqı fondunda, minimum orta median əməkhaqqlarında, minimum və orta pensiyada biz bunu müşahidə etdik. Dövlət başçısının səsləndirdiyi fikirlərdən o qənaətə gəlmək olar ki, yaxın aylarda minimum əməkhaqqının və minimum pensiyanın artırılması ilə bağlı müvafiq qərarlar gözlənilir.


OXŞAR XƏBƏRLƏR