"Apple"a böyük qadağa: İnvestisiya yoxdursa, sata bilməzsən!


"Apple"a böyük qadağa: İnvestisiya yoxdursa, sata bilməzsən!

İndoneziya "Apple" şirkətinin son istehsalı olan "iPhone 16" modellərinin ölkədə satışına və istismarına qadağa qoyub.

 Sfera.az qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin sənaye və ticarət naziri Aqus Qumivanq Kartasasmita açıqlama verib.

 

Nazir ölkədə "iPhone 16"dan istifadənin qanunsuz olduğunu bildirib və vətəndaşlarına xaricdən məhsul almamaları barədə xəbərdarlıq edib.

 

"İndoneziyada işləyə bilən "iPhone 16" varsa, bu, cihazın qeyri-qanuni olması deməkdir. Bunu bizə bildirin", deyə Kartasasmita qeyd edib. 

 

Nazir əlavə edib ki, bu cihazlar üçün IMEI sertifikatı yoxdur.

 

Bəs "iPhone 16"nın satışı niyə qadağan edilib?

 

Qadağa "Apple"ın İndoneziyaya verdiyi investisiya vədlərinin yerinə yetirilməməsindən sonra qoyulub. Texnologiya nəhənginin ölkəyə vəd etdiyi təqribən 110 milyon dollarlıq sərmayənin təxminən 95 milyonunu reallaşdırdığı, qalan təxminən 15 milyon dollarının isə edilmədiyi bildirilir.

 

"Sənaye Nazirliyi olaraq "iPhone 16" üçün tələb olunan icazələri verə bilmədik, çünki "Apple"ın yerinə yetirəcəyi vədləri var", deyə Kartasismita qeyd edib.

 

Nazir bu ayın əvvəlində demişdi: "Apple" "iPhone 16" ölkəmizdə satıla bilməz, çünki TKDN sertifikatı hələ gözlənilmir, "Apple"ın sərmayəsi reallaşmağı gözləyir".

 

TKDN sertifikatı şirkətlərdən məhsullarını İndoneziyada satmaq üçün 40 faiz yerli məzmun dəyərinə cavab vermələrini tələb edir. Sertifikatlaşdırma prosesi birbaşa "Apple"ın tədqiqat və təkmilləşdirmə obyektləri yaratması ilə bağlıdır. Sözügedən obyektlər "Apple Academies" adlanır.

 

Bu açıqlama "Apple" şirkətinin baş direktoru Tim Kukun aprel ayında Cakartaya səfərinə baxmayaraq verilib. Kuk prezident Coko Vidodo ilə mümkün istehsal planlarını müzakirə edib və sonra şirkətin İndoneziyada istehsal müəssisələrinin yaradılması imkanlarını qiymətləndirəcəyini bildirib.

 

Sentyabrın 20-də satışa çıxarılan "iPhone 16" ilə yanaşı, ölkədə "iPhone 16 Pro" və "Apple Watch Series 10" cihazları da İndoneziyada satıla bilməz.

Sənaye Nazirliyinin sözçüsü Febri Hendri Antoni Arif "iPhone 16" üçün TKDN sertifikatlaşdırma prosesinin davam etdiyini bildirib, lakin bunun "Apple"ın investisiya öhdəliklərini yerinə yetirməsindən asılı olduğunu vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Anasının sanitar qovşağa atdığı körpənin GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Qubada xəstəxananın sanitar qovşağında doğulan uşağın görüntüləri yayılıb.   Sfera.az Xəzər TV-yə istinadən məlumat verir ki, körpənin sağlamlıq vəzi...

İşə qəbul imtahanı əlverişsiz havaya görə təxirə salındı

Martın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbul üzrə müsabiqənin II mərhələsi (te...

Oğurlanmış pulla lotereyada yarım milyon avro qazanan evsizlər uduşlarını ala bilmirlər - TƏFƏRRÜATLAR

Ötən günlərdə Fransada iki evsiz şəxsin bank kartını oğurlayaraq lotereya bileti alması və yarım milyon qazanmaları barədə xəbər vermişdik. Qaliblər indi pulu a...

Zelenskiyə dəstək gəldi: "Siz tək deyilsiniz”

Polşanın Baş naziri Donald Tusk ABŞ lideri Donald Trampla gərgin keçən görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə edib.   ...

Parisdə miqrantlar tərəfindən zəbt edilən teatr binası boşaldıldı

Yüzlərlə evsiz afrikalı miqrantın yaşadığı Parisin “Gaité Lyrique” teatrının rəhbərliyi zorakılıq səbəbindən binanı tərk edir. Sol İstiqamət özü onl...

Biri boğulub, digəri köpək balıqları tərəfindən parçalanıb: İki rus turist öldü

Filippində iki rusiyalı turist suya düşərkən ölüb. Biri boğularaq ölüb, digəri isə köpək balıqlarının hücumuna məruz qalıb. Filippin Sahil Mühafizəsinin sözçüsü...