Logo

“Apple” yeni məhsullarını təqdim edəcək

"Apple" yeni məhsullarını təqdim edəcək
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

“Apple”ın marketinq rəhbəri Greg Joswiak yaxın günlərdə yeni məhsulların təqdim ediləcəyini açıqlayıb.

Sfera.az xəbər verir ki, Joswiak “X” sosial şəbəkəsində paylaşım edərək növbəti həftə bir neçə yenilik gözlənildiyini açıqlayıb.

Onun sözlərinə görə, ilk elan bazar ertəsi günü olacaq:

“Bizi bazar ertəsi səhərindən həyəcanverici elanlarla dolu bir həftə gözləyir. İzləmədə qalın”, - deyə bildirib.

Joswiak-ın paylaşımında "Mac" və “macOS Finder” ikonasının "Apple" loqotipinə çevrildiyi qısa tizer video yer alıb.

Bu da "Mac" seriyasında yeniliklərin olacağını işarə edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR