Bakı Təşəbbüs Qrupu Fransanın dənizaşırı ərazilərinə dair hesabat hazırladı

Yeni Kaledoniyadakı fransız hökumətinin təyin etdiyi şəxs müstəmləkəçiliyin tətbiqini və bu istiqamətdəki maraqları qoruyur.
Sfera.az xəbər verir ki, bu barədə “Fransanın Dənizaşırı Ərazilərində İnsan Hüquqlarının Pozulması Haqqında Hesabat” -ın təqdimatına həsr olunmuş mətbuat konfransında Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov deyib.
“Təbii ki, onun imzalanmış memorandumun ləğv edilməsi ilə bağlı fikirləri özünə aiddir. Buna baxmayaraq, Bakı Təşəbbüs Qrupu müstəmləkəçiliklə mübarizədə Yeni Kaledoniyanı dəstəkləməyə davam edəcək. Eyni zamanda Bakı Təşəbbüs Qrupu fərqli beynəlxalq platformalarda Yeni Kaledoniyada baş verən hadisələr ilə bağlı çağırış edir və bu əməkdaşlıq davam edəcək”, - deyə o bildirib.
O, həmçinin deyib ki, Bakı Təşəbbüs Qrupu QHT-lərə Dövlət Dəstəyi Agentliyinin köməyi ilə Fransanın dənizaşırı ərazilərində insan hüquqlarının pozulması, ifadə azadlığı, ətraf mühitə dəyən ziyan barədə hesabat hazırlayıb.
O qeyd edib ki, hesabatda Fransanın orada insan haqlarının pozulması və bu ölkənin bu pozuntular barədə dünya ictimaiyyətinin məlumatlandırılmasına necə mane olması barədə geniş məlumat verilib.