Bakıda aktyor və xanımını öldürən şəxs həbs olundu

Bakıda aktyor və xanımını öldürən şəxs həbs olundu

Bakıda iki nəfəri qəsdən öldürməkdə təqsirləndirilən şəxs həbs edilib.

 

Bu barədə Sfera.az-a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

 

Qeyd olunub ki, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 2 nəfər şəxsin yaşadığı mənzildə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

İbtidai istintaq davam etdirilir.

 

Qeyd edək ki, öldürülən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və Prezidentin Sərəncamı ilə 2015-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.


OXŞAR XƏBƏRLƏR

Putin Trampın Rusiya ilə əlaqələrini inkar etdi

Rusiya prezidenti Vladimir Putin ABŞ-nin keçmiş prezidenti Donald Trampın Rusiya Federasiyası ilə əlaqələri barədə məlumatları təkzib edib .   Sfera.az...

Xalq artistindən maraqlı təşəbbüs: Azərbaycanın 4 ölməz sənətkarına ölümdən sonra fəxri ad verilsin

Bu gün Heydər Əliyev Sarayında mərhum muğam ustası Səxavət Məmmədovun xatirə konsertidir.    Xatirə gecəsində çıxış edən xalq artisti Şeyx Əbdül...

Bakıda maskalı şəxs məktəblini oğurlamaq istəyib?

Sabunçu rayonu, Ramana qəsəbəsində naməlum şəxs yetkinlik yaşına çatmayan oğlanı oğurlamağa cəhd edib.   Sfera.az xəbər verir ki, maskalı şəxsin...

“Qarabağ” azarkeşlərindən anlamlı xoreoqrafiya- FOTO

Xəbər verdiyimiz kimi, bu dəqiqələrdə “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 3-cü tur çərçivəsində Bakıda Niderlandın “Ayaks” klub...

MEDİA-nın təşkilatçılığı ilə Gəncədə təlimlər keçirildi -FOTO

Oktyabrın 24-də Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Qərb bölgəsində fəaliyyət göstərən region mediası subyektlərinin nümayəndələrinin iştirakı ilə...

Quterreş COP29-dan gözləntilərini açıqladı

BMT-nin qarşıdan gələn iqlim konfransı - COP29 tərəqqiyə iki yolla təkan verməlidir.   Sfera.az xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş ...