Paytaxtın dörd rayonunda qaz olmayacaq

Paytaxtın dörd rayonunda qaz olmayacaq

25.10.2024-cü il saat 09:30-dan etibarən Binəqədi rayonu, 9-cu mkr. ərazisində qaz xətti üzərindəki siyirtmənin əvəz olunması və xəttin təmiri, saat 10:00-dan isə Suraxanı rayonunda sayğacların quraşdırılması, Nərimanov rayonu, Ə.Əliyev küçəsində yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması, Yasamal rayonunda qaz xəttinin mənbəyə qoşularaq tıxaclanması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Sfera.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

 

Bildirilib ki, təmir-quraşdırma işləri görülən müddətdə Binəqədi rayonunun 9-cu və 6-cı mikrorayonlarının, Varovski və Xutor yaşayış ərazilərinin, M.Ə.Rəsulzadə qəsəbəsinin bir hissəsinin, Suraxanı rayonunun İ. İsmayılov küçəsinin və Yeni Günəşli qəsəbəsinin Hətəm Allahverdiyev küçəsinin, Nərimanov rayonunun Ə.Əliyev, Təbriz və F.Yusifov küçələrinin, Yasamal rayonunun M.Axundzadə, N.Aşurbəyli və Fuad İbrahimov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


OXŞAR XƏBƏRLƏR

“Qarabağ” “Ayaks”a qarşı- Start heyətlər

Bu gün “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Nider...

Avropa Parlamentinin Qətnamə layihəsi erməni lobbi təşkilatları tərəfindən yazılıb – ŞƏRH

Avropa Parlamenti 22 bənddən ibarət “ Azərbaycanda İnsan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər haqqında vəziyyət&rdquo...

Sumqayıt Dövlət Universitetində “Karyera Həftəsi” keçirildi - FOTO

Sumqayıt Dövlət Universitetinin və Sumqayıt Dövlət Texniki Kollecinin təşkilatçılığı ilə “Karyera Həftəsi” keçirildi. Tədbirdə müəssisə, idarə ...

Əlibəy Məmmədliyə AĞIR İTKİ

Aktyor Əlibəy Məmmədliyə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.   Bu barədə onun dostları məlu...

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı davam edir

Hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı davam edir.   Oxu.Az xəbər verir ki, bu b...

Ərdoğan bu axşam Təhlükəsizlik Şurasınıtoplayacaq

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu axşam Təhlükəsizlik Şurasını toplayacaq.   Sfera.az xəbər verir ki, bu barədə "Trt Haber" məluma...