Bakıda “Agile Azerbaijan International Summit-2024” keçirildi

Bakıda “Agile Azerbaijan International Summit-2024” keçirildi

Ölkənin birinci bankı "Kapital Bank"ın sponsorluğu ilə “Agile Azerbaijan International Summit-2024” (“Agile Azərbaycan Beynəlxalq Sammiti -2024”) baş tutub. 

 

Sfera.az xəbər verir ki, tədbir regionda Agile metodologiyalarına və onların müxtəlif sahələrdə, o cümlədən məhsul inkişafı və innovativ texnologiyalarda tətbiqinə həsr olunan ən böyük tədbirlərdən biridir. Sammitin builki əsas istiqamətləri “Agile-ın məhsulun inkişafı və idarə edilməsinə təsiri” və “Süni İntellekt (AI) və onun Agile yanaşmalarına inteqrasiyası” idi. Eyni zamanda tədbirdə Agile metodologiyalarına aid olan bir çox vacib mövzu müzakirə edildi.  

 

- Məhsul inkişafında Agile — çevik yanaşmalar uğurlu məhsulların yaradılmasına necə kömək edir?

 

- Süni İntellekt və Agile — AI inkişaf proseslərini və layihə idarəetməsini necə təkmilləşdirə bilər?

 

- Agile metodologiyalarından istifadə edərək məhsulun həyat dövrünün idarə edilməsi praktikası

 

- Sənaye liderlərinin təcrübə mübadiləsi — uğur hekayələri və praktiki nümunələr

 

Müzakirələrə ölkəmizdə Agile metodologiyaların uğurla tətbiq edildiyi şirkətlərin rəhbərləri və nümayəndələri, eləcə də BƏƏ, Polşa, İngiltərə, Hindistan, Kipr dən olan beynəlxalq dərəcəli spikerlər qoşuldular. Praktiki təlimlər və panel müzakirələri formatında keçən tədbirdə təcrübə mübadiləsi və peşəkar əlaqələrin genişləndirilməsinə imkan yaradan sessiyalar da həyata keçirildi. 

 

Ətraflı məlumat üçün: //agileazerbaijan.com/

 

Azərbaycanın maliyyə sektorunun liderlərindən olan "Kapital Bank" artıq 4 ildir ki, Agile metodologiyasını tətbiq edir və bu istiqamətdə böyük uğurlar əldə edib. "Kapital Bank" eyni zamanda ən böyük işəgötürən şirkətlərdən biri olaraq “Great Place to Work” (“Mükəmməl iş yeri”) sertifikatına layiq görülüb. Qeyd edək ki, “Great Place to Work” beynəlxalq tədqiqat və konsaltinq şirkəti olaraq 5 qitədə, 60-dan çox ölkədə fəaliyyət göstərir və şirkətlərin işçiləri tərəfindən necə qiymətləndirildiyini, sektordakı yerini, eləcə də kommunikasiya strategiyalarını ölçərək ən yüksək nəticə əldə edən şirkətlərə eyniadlı sertifikatı təqdim edir.  

 

Ölkənin birinci bankı olan "Kapital Bank" PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — //kbl.az/prcrc.


OXŞAR XƏBƏRLƏR

Bakıda avtomobilqatarla toqquşdu: ölən var

Bakıda avtomobil qatarla toqquşub.   Sfera.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu ərazisində baş verib. Minik avtomobilinin qatarla toqquşması ...

"Bu qədər dövlət niyə ora toplaşır?" - Lukaşenkodan sərt TƏNQİD

Belarus Prezidenti Aleksandr Lukaşenko BMT- dəki mövcud vəziyyətlə bağlı narazılığını bildirib.   Sfera.az xəbər verir ki, buna əsasən, "BelTA&quo...

“Qarabağ” “Ayaks”a qarşı- Start heyətlər

Bu gün “Qarabağ” Avropa Liqasının Liqa mərhələsində 3-cü tur oyununa çıxacaq.   Sfera.az xəbər verir ki, Ağdam təmsilçisi evdə Nider...

Avropa Parlamentinin Qətnamə layihəsi erməni lobbi təşkilatları tərəfindən yazılıb – ŞƏRH

Avropa Parlamenti 22 bənddən ibarət “ Azərbaycanda İnsan hüquqlarının və beynəlxalq hüququn pozulması və Ermənistanla münasibətlər haqqında vəziyyət&rdquo...

Sumqayıt Dövlət Universitetində “Karyera Həftəsi” keçirildi - FOTO

Sumqayıt Dövlət Universitetinin və Sumqayıt Dövlət Texniki Kollecinin təşkilatçılığı ilə “Karyera Həftəsi” keçirildi. Tədbirdə müəssisə, idarə ...

Əlibəy Məmmədliyə AĞIR İTKİ

Aktyor Əlibəy Məmmədliyə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib.   Bu barədə onun dostları məlu...