Azərbaycanda jurnalistlər güzəştli şərtlərlə MƏNZİL ALDI - RƏSMİ

2024-cü ilin oktyabrın 1-nə olan məlumata əsasən, 5 jurnalist güzəştli şərtlərlə dövlət vəsaiti hesabına ipoteka krediti götürüb.
Sfera.az İpoteka və Kredit Zəmanət Fondunun məlumatlarına istinadən xəbər verir ki, qeyd edilən tarixə qədər 16 635 nəfər güzəştli şərtlərlə ipoteka krediti alıb.
Güzəştli şərtlərlə ən az krediti jurnalistlər alıb. Buna səbəb jurnalistlərin güzəştli kateqoriyaya yeni əlavə edilməsidir. 2022-ci ildən media mənsubları da güzəştli şərtlərlə ipoteka krediti götürə bilir.
Jurnalistlərə iki halda güzəştli kredit verilə bilər. Jurnalist ya gənc ailənin üzvü olmalı, azı 5 il jurnalist işləməli və adı Media Reyestrinə daxil edilməlidir. Jurnalist gənc ailənin üzvü olmadıqda ən azı 15 il iş stajı olmalı və adı Media Reyestrinə daxil edilməlidir.
Güzəştli ipoteka kreditləri üzrə maksimum məbləğ 100 min manatdır. Kreditlər maksimum 30 il müddətinə və illik 4 faizlə verilir. Güzəştli ipoteka kreditlərində ilkin ödəniş mənzilin dəyərinin ən azı 10 faizi qədərində olmalıdır.
Vasif