“Kontakt” ucqar kəndlərdə yaşayan aztəminatlı ailələrə notbuk hədiyyə etdi

“Kontakt” ucqar kəndlərdə yaşayan aztəminatlı ailələrə notbuk hədiyyə etdi

“Kontakt” mağazalar şəbəkəsi “Hekayənin bir parçası ol” çağırışı ilə ucqar dağ kəndlərində yaşayan aztəminatlı ailələrin məktəbli övladlarını sevindirib! Belə ki, bu layihə çərçivəsində şəbəkə Daşkəsən, Gədəbəy və Şəmkirin ucqar kəndlərində yaşayan aztəminatlı ailələrin məktəbli övladlarına notbuklar hədiyyə edib.

 

Xatırladaq ki, layihə “Kontakt”ın eksklüziv tərəfdaşı “Hisense” brendi ilə birgə təşkil olunub və tədris ilinin əvvəlində start götürən layihəyə görə “Kontakt” mağazalarında və “kontakt.az” saytında “Hisense”, eləcə də “Philips” məhsullarının satışından əldə olunan gəlirin müəyyən hissəsi bu nəcib məqsəd üçün ayrılıb.

 

Layihə, həmçinin, “Azərbaycan Qızıl Aypara Cəmiyyəti”nin (AzQAC) dəstəyi ilə həyata keçirilib. Cəmiyyət ilə əməkdaşlıq nəticəsində notbukların bölgüsü təmin olunub, yardımın ehtiyacı olan ailələrə çatdırılması daha səmərəli təşkil edilib.

 

Məktəblilərə notbukların təqdim edilməsində “Kontakt” mağazalar şəbəkəsinin nümayəndələri, AzQAC əməkdaşları, könülləri və hətta layihəyə maraq göstərən bir neçə influnser də fəal iştirak edib. Bu addımı valideynlər sevinc dolu göz yaşları içində qarşılayarkən, uşaqlar hədiyyələri görüb həyəcanlı anlar yaşayıblar.

 

“Kontakt”ın korporativ sosial məsuliyyət strategiyası çərçivəsində həyata keçirilən bu layihə, şəbəkənin  cəmiyyətdə yaratdığı müsbət dəyərlərin əyani sübutudur. Tez-tez keçirilən bu tip sosial təşəbbüslərdə siz də pay sahibi olmaq üçün seçimlərinizi “Kontakt”dan edə bilərsiniz.

 


OXŞAR XƏBƏRLƏR

2024-cü ilin ən yaxşı pleymeykeri adına namizədlər bəlli oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2024-cü ilin ən yaxşı pleymeykeri adına namizədlərin adlarını açıqlayıb.   Sfera.az&n...

"Ankarada törədilən terror aktı Türkiyənin terrorla mübarizə əzmini gücləndirib" - Ərdoğan

Ötən gün Ankarada TUSAŞ-ın müəssisəsində törədilən terror aktı Türkiyənin terrorla mübarizə əzmini gücləndirib.   Sfera.az xəbər verir ki, bunu Türki...

Məşhur xalq artisti vəfat etdi - Ölüm səbəbi + FOTO

Rusiyanın Xalq artisti Yevgeni Knyazev vəfat edib.   Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aktyor 82 yaşında dünyasını dəyişib. O...

"İxtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var" - Nazir

Ali təhsil müəssisələrində tədris olunan ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var və buna mütəmadi olaraq baxılmalıdır.   Sfera.az xəbər ver...

"Azərbaycanda 90 %-dən artıq məktəb təmirlidir" - Emin Əmrullayev

Hazırda Azərbaycanda 90 %-dən artıq məktəb təmirlidir.   Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasın...

"Şimali Koreyanın Vonsan bölgəsindən Rusiyanın Vladivostok şəhərinə..." - Kirbi məlumat paylaşdı

Şimali Koreya Rusiyaya döyüşmək üçün ən azı 3 min əsgər göndərib.   Sfera.az bildirir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasi...