Azərbaycanda yaşayış binasında PARTLAYIŞ: Xəsarət alan şəxsin son durumu AÇIQLANDI

Azərbaycanda yaşayış binasında PARTLAYIŞ: Xəsarət alan şəxsin son durumu AÇIQLANDI

Daşkəsəndə partlayış nəticəsində xəsarət alanın son vəziyyəti açıqlanıb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Sfera.az-a bildirilib ki, Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü Nadir Telman oğlu Sadıqov bu gün saat 05:45-də yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib.

 

Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

 

***

 

Daşkəsən şəhərində yaşayış binasında partlayış olub.

 

"Report"un Qərb bürosunun məlumatına görə, binanın 3-cü mərtəbəsindəki mənzildə qaz sızmasından yaranan partlayış nəticəsində rayon sakini, 1972-ci il təvəllüdlü Nadir Telman oğlu Sadıqov ağır yanıq xəsarətləri alıb.

 

Zərərçəkən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılması planlaşdırılıb.

 

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

 

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

Məşhur xalq artisti vəfat etdi - Ölüm səbəbi + FOTO

Rusiyanın Xalq artisti Yevgeni Knyazev vəfat edib.   Sfera.az Rusiya mətbuatına istinadən xəbər verir ki, aktyor 82 yaşında dünyasını dəyişib. O...

"İxtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var" - Nazir

Ali təhsil müəssisələrində tədris olunan ixtisaslarla bağlı əsaslı islahatlara ehtiyac var və buna mütəmadi olaraq baxılmalıdır.   Sfera.az xəbər ver...

"Azərbaycanda 90 %-dən artıq məktəb təmirlidir" - Emin Əmrullayev

Hazırda Azərbaycanda 90 %-dən artıq məktəb təmirlidir.   Sfera.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasın...

"Şimali Koreyanın Vonsan bölgəsindən Rusiyanın Vladivostok şəhərinə..." - Kirbi məlumat paylaşdı

Şimali Koreya Rusiyaya döyüşmək üçün ən azı 3 min əsgər göndərib.   Sfera.az bildirir ki, bunu ABŞ Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasi...

Terrorçulardan birinin kimliyi məlum oldu - FOTOLAR

Ötən gün Ankarada TUSAŞ aerokosmik şirkətinin inzibati binasına hücum edən terrorçulardan birinin şəxsiyyəti məlum olub.   Sfera.az xəbər verir ...

Pezeşkian BRICS sammmitində beynəlxalq təşkilatları tənqid etdi

İran Prezidenti Məsud Pezeşkian BRICS sammmitində beynəlxalq təşkilatları sərt tənqid edib.   Sfera.az xəbər verir ki, Kazan şəhərində keçiriən XVI B...