168 min hektar ərazi minalardan təmizləndi

168 min hektar ərazi minalardan təmizləndi
Kateqoriya məlum deyil
T

Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə təxmini 168 min hektar minalardan təmizlənib.

 

Sfera.az xəbər verir ki, bunu ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masada deyib.

 

O qeyd edib ki, təmizlənən ərazilərdən 161 min mina aşkarlanıb:

 

"Onların təxmini 25 mini piyadalar əleyhinə minalardır. 1991-ci ildən indiyə qədər 3400-dən çox insan mina qurbanı olub. Vətən müharibəsinin bitməsindən 2021-ci ilin sonuna qədər 77 mina hadisəsi baş vermişdi. O müddətdən indiyə kimi isə maarifləndirmə nəticəsində hadisələrin sayı 60 faizə qədər azalıb".

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR