Fərhad Məmmədov Qazaxıstan prezidenti tərəfindən təltif edildi - FOTO

Fərhad Məmmədov Qazaxıstan prezidenti tərəfindən təltif edildi - FOTO

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru, politoloq Fərhad Məmmədov Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev tərəfindən ordenlə təltif edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Fərhad Məmmədov öz “Facebook” hesabında məlumat verib:
 

“Məni II dərəcəli “Dostluq” ordeni ilə təltif etdiyinə görə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevə minnətdarlığımı bildirirəm”.
 

“Azərbaycan ilə Qazaxıstan arasında əlaqələr Prezident İlham Əliyevin və Prezident Qasım-Jomart Tokayevin rəhbərliyi altında durmadan inkişaf edir.
İkitərəfli münasibətlərdə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti, mədəniyyət, müstəqil ekspertlər və diaspor nümayəndələri iştirak edirlər. Fəaliyyətimin Qazaxıstan Prezidentinin diqqətini çəkməsinə görə də çox şadam və bununla fəxr edirəm” - deyə politoloq yazıb.

 

Qeyd edək ki, Fərhad Məmmədov bundan əvvəl Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru olub.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

“OnlyFans” modelini şantaja görə 14 il həbs cəzası gözləyir

Britaniyada “OnlyFans” modeli Bethan Gayın 29 yaşlı evli izləyicisindən pul tələb etdiyinə görə məhkəməsi keçirilib. Sfera.az bildirir ki, model ...

Həkim görünüşdə vitamin çatışmazlığını göstərən təfərrüatları AÇIQLADI

Amerikalı qastroenteroloq Saurabh Sethi bədəndə vitamin və mineralların çatışmazlığını göstərən beş detalı sadalayıb.   Sfera.az xəbər verir ki, onunla...

TUSAŞ barədə məlum olanlar

TUSAŞ, müdafiə sənayesinin inkişafına töhfə vermək məqsədi ilə hələ 1973-cü ildə qurulan Türkiyənin ən böyük müdafiə sənayesi şirkətlərindən biridir.   ...

Bu günlərdə iş və dərs olmayacaq -SİYAHI

Məlum olduğu kimi, Nazirlər Kabinetinin 18 sentyabr 2024-cü il tarixli qərarına əsasən noyabr ayında Azərbaycanda 17 gün iş olmayacaq. Bu, noyabr ayında Bakıda ...

Ankarada terror: Ölənlərin sayı beşə çatdı, 22 yaralı var - VİDEO/YENİLƏNDİ

TUSAŞ-ın obyektində ikinci partlayış baş verib, terrorçular insanları girov götürüblər.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilkin...

Əməkdar artist Qarabağ Universitetində dərs deyəcək - FOTO

Əməkdar artist, xanəndə Ehtiram Hüseynov Xankəndidə Qarabağ Universitetində işə başlayıb.   Sfera.az-ın xəbərinə görə, xanəndə hazırda Qarabağ Univer...