Şabranda qanunsuz ov edən şəxs SAXLANILDI

Şabranda qanunsuz ov edən şəxs SAXLANILDI

Şabranda qanunsuz ov edən şəxs tutulub.

 

Sfera.az  xəbər verir ki, Şabranda polis tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı rayon ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən R.Ağayev saxlanılıb.


Həmin şəxsdən 1 ədəd ov silahı, həmin silaha məxsus patronlar və qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

 


OXŞAR XƏBƏRLƏR