Rövşən Lənkəranskinin killerinə hökm oxundu
Cəmiyyət
04:50 / 18.12.2015
936
“Qanuni oğru” Rövşən Caniyevin cinayətkar qrupuna daxil olan killer Nazim Hümbətova hökm oxundu.
Oxu.Az xəbər verir ki, “Topal” ləqəbli Nazim Hümbətov 2003-cü ildə rəqibin qətlinə görə 13 il müddətinə ciddi rejimli koloniyada həbs cəzası çəkəcək.
2000-ci illərin əvvəllərində Rövşən Caniyev (Lənkəranski) Moskvada azərbaycanlıların bazarına nəzarət edirdi. Təbii ki, daima mübahisələr, digər cinayətkar qruplar ilə münaqişələr yaranırdı.
Məhz belə mübahisələrdən birində Hümbətov Caniyevə məxsus əraziyə namizəd olan İlqa Hüseynovu güllələyib.
Bu işin istintaqını aparan müstəntiqlər tez bir zamanda Hüseynovu kimin öldürdüyünü müəyyən ediblər. Amma “Topal” artıq qaçaq idi və saxta pasport əldə etmişdi.
Killer 10 il ərzində gizlənib, 2013-cü ildə Moskvada həbs olunub.