Ölkədə kommunal qiymətlər bahalaşır?
Cəmiyyət
11:52 / 18.12.2015
931
Dünyada baş verən iqtisadi böhran, Azərbaycanda isə manatın dollar və avroya nisbətdə günü-gündən zəifləməsi prosesi gedir.
Digər bir yandan neftin fantastik səviyyədə ucuzlaşması qayığıları bir az daha artırır. Bu isə öz növbəsində hər kəsi bir sual ətrafında düşünməyə vadar edir. Ölkədə bahalaşma olacaqmı? Bir çox iqtisadi-ekspertlər Azərbaycanda kommunal xidmətlərin bahalaşacağı qənaətindədirlər.
Məsələ ilə bağlı "İnterAz"a danışan millət vəkili, parlamentin iqtisadi- siyasət komitəsinin üzvü Vahid Məhərrəmov deyib ki, kommunal qiymətlərin qalxması gündəmdə deyil: "Hazırda ölkədə manatın dəyərdən düşməsi, neftin ucuzlaşması iqtisadi inkişafı ləngidir. Amma kommunal qiymətlərin bahalaşmasını gündəmə gətirmir. Belə bir bahalaşma real görsənmir və planlaşdırılmır".