"Rossiya 24" prezidentin ad günü ilə bağlı sujet hazırladı-VİDEO
Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə "Rossiya 24” telekanalı ölkə başçısı ilə bağlı xüsusi süjet hazırlayıb
"İlham Əliyevin 55 yaşı tamam olur. Azərbaycan prezidentini yubiley münasibətilə təbrik edirik. O, ölkənin baş postuna 13 il öncə təyin olunub. Bundan sonra Azərbaycan sakinləri iki dəfə ölkə rəhbərliyini ona etibar ediblər” - reportajda deyilir.
Qeyd olunub ki, prezident İlham Əliyev ölkənin inkişafına sürətli təkan verdi, Azərbaycanı müstəqil iqtisadiyyata malik olan müasir dövlətə çevirdi.
"Mən sizi 55 yaşınızın tamam olması münasibəti ilə təbrik edirəm. "Beş” - bu əladır. Siz institutda oxuduğunuz zaman mən sizə həmişə 5 yazmışam. "Beş” - irəliləyən dövlətin rəhbəri olmaqla siz bu qiyməti qazanmısınız” – bu fikirləri 1974-1984-ci illərdə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru olmuş Nikolay Lebedev deyib.
Sujetdə "Həftə xəbərləri” verlişinin aparıcısı Dmitri Kiselev, Azərbaycan və rusiyalı rejissor Yuli Qusman da prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib, onunla bağlı xatirələrini bölüşüblər.






