Gəncədə Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib

Gəncədə Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib

Gəncədə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətinin 5 illiyinə həsr olunmuş tədbir keçirilib.

 

APA-nın məlumatına görə, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə şəhər rəhbərliyi, Gənclər Fondunun rəsmiləri, həmçinin, Daşkəsən, Tərtər, Goranboy, Göyçay, Ağsu, Göygöl, Samux, Mingəçevir, Ağdam, Yevlax, və Zərdab rayonlarının gənclər və idman idarələrinin nümayəndələri və rayon gəncləri iştirak ediblər.

 

Tədbirdə giriş sözü ilə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, qonaqları qədim Nizami yurdu Gəncə şəhərində salamlamaqdan məmnun olduğunu bildirib. E.Vəliyev çıxışında qeyd edib ki, əsası Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Gənclər Fondu da bu siyasətin bir istiqaməti olaraq, öz işləri ilə adından söz etdirməyi bacarıb. Şəhər rəhbəri bu il Fondun fəaliyyətinin 5 ilinin tamam olması münasibətlə Fondun icraçı direktoru başda olmaqla, bütün əməkdaşlarını və gəncləri təbrik edib. Elmar Vəliyev 2016-cı il Gənclər Paytaxtı elan olunan Gəncə şəhərində keçirilən tədbirlərdə də Gənclər Fondunun fəal iştirakı və  dəstəyi üçün Fonda təşəkkürünü bildirib və işlərində uğurlar arzu edib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev dəvət edilən 15 rayon gənclərini salamlayaraq, Fondun bu günə qədər həyata keçirtdiyi qrant müsabiqələrdə yaxından fəal iştirak etdikləri üçün təşəkkürünü bildirib. Fərhad Hacıyev çıxışında qeyd edib ki, Cənab Prezidentin gənclərə olan diqqət və qayğısının bariz nümunəsi kimi Azərbaycan prezidenti cənab İlham Əliyevin 19 dekabr 2011-ci il tarixli, 542 saylı fərmanı ilə Gənclər Fondu yaradılmışdır. Fəaliyyətinin 5 ilində Gənclər Fonduna 7098 layihə daxil olmuş, onlardan 3341-i dəstəklənmişdir. Ötən müddətdə Fond tərəfindən  bugünki görüşdə iştirak edən Gəncə şəhəri üzrə 357, Samux rayonu üzrə 31, Göygöl rayonu üzrə 33, Ağdaş rayonu üzrə 31, Yevlax rayonu üzrə 72, Goranboy rayonu üzrə 30, Tərtər rayonu üzrə 28, Bərdə rayonu üzrə 77, Mingəçevir şəhəri üzrə 187, Naftalan şəhəri üzrə 12, Zərdab rayonu üzrə 32, Ucar rayonu üzrə 37, Göyçay rayonu üzrə 46, Daşkəsən rayonu üzrə 13, Ağdam rayonu üzrə 53 və Laçın rayonu üzrə 7 layihə dəstəklənib.

 

Tədbirdə millət vəkili Naqif Həmzəyev və Gəncə Şəhər Gənclər və idman baş idarəsinin rəisi Müşfıq Cəfərov çıxış edərək Gənclər Fondunun maliyyə dəstəyi ilə təmsil etdikləri rayonlarda keçirilən layihələr haqqında məlumat verdı, Fondun rayon gənclərinə göstərdiyi diqqət və qayğını vurğuladı və Fonda təşəkkürlərini bildiriblər.

 

Daha sonra Gənclər Fondunun elan etdiyi qrant müsabiqələrində layihə qalibi olmuş Gələcəyə Körpü gənclər ictmai birliyinin sədri Seymur Vəliyev və YAP Gəncə şəhər Təşkilatı Gənclər Birliyinin sədri Turan Məmmədzadə çıxış edərək Gənclər Fonduna minnətdarlığını bildirib və gənclərə müraciət edərək Fonda layihə göndərməyə çağırıblar. Sonda Gəncə İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev yekun nitqi söyləyib və Gəncə şəhəri adından Gənclər Fonduna xalça hədiyyə edib.


OXŞAR XƏBƏRLƏR

Prezidentin sosial şəbəkə hesablarında Xankəndidəki Zirvə görüşündən görüntülər paylaşıldı -VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündən görüntülər payl...

Güləşçimiz Avropa çempionu oldu

İtaliyanın Kaorle şəhərində U-20 Avropa çempionatı davam edir.   Sfera.az xəbər verir ki, beşinci yarış günündə qadın güləşi üzrə mübarizəyə yek...

Fərid Şahbazlı:“Xankəndidə keçirilən Zirvə sübut etdi ki…”

“Xankəndidə keçirilən İƏT Zirvə Görüşü Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün beynəlxalq müstəvidə bir daha təsdiqlənməsidir. Bu, həm də region...

Abdulkadir Uraloğlu Xankəndi ziyarəti ilə bağlı paylaşım etdi

Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdülkadir Uraloğlu Xankəndidən paylaşım edib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün "...

Həkim həyəcan təbili çaldı: Yayda xəstəliklərin əsas səbəbi nədir?

"Pnevmoniya yüksək hərarət, burun axması, boğucu öskürək, nəfəs darlığı simptomları ilə müşahidə edilir. Bəzi hallarda isə valideynlər uşaqda təkcə öskürək...

İlham Əliyev Pezeşkianı Şuşa şəhəri ilə tanış edib - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilib.   Zirvə görüşündə İran prezidenti Məsud...