Türkiyədən rus milyarderi kədərləndirən – QƏRAR
“Məhkəmənin qərarı bölgədə turizm inkişafı üçün yaxşı imkan olacaq”. Türkiyə İzmirin Çeşmə ərazisində mehmanxana tikintisini dayandırır. Oxu.Az Hürriyyət-ə istinadən xəbər verir ki, bu barədə Çeşmə şəhər məhkəməsi bu ölkənin Ekologiya və Təbii Sərvətlər nazirliyinin iddiasını təmin edib. Nəşr yazır ki, söhbət 223 hektar torpaq sahəsindən gedir hansı ki, onun 175 hektarını Rusiyanın milyarderlərindən biri olan Mixail Proxorov 8 il öncə 20 milyon dollara almışdı. Çeşmə Bələdiyyə sədri Muhittin Dalgıç isə bildirib ki, məhkəmənin qərarı bölgədə turizm inkişafı üçün yaxşı imkan olacaq. Qeyd edək ki, rəsmi Ankaranın bu addımı Moskvaya cavab kimi də dəyərləndirmək olar. Belə ki, Rusiyanın “Kommersant” qəzeti yazırdı ki, Rusiya bu ölkədən olan işlərin və xidmətlərin idxalının qarşısını faktiki olaraq almaqla Türkiyəyə qarşı sanksiyaları genişləndirməyi planlaşdırır.