Logo

Əhmədzadə quberniyası dağılır

Əhmədzadə quberniyası dağılır
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Zaqatalanın icra başçısı rayonda heç bir iş görmür

Bu haqda Politika.Az-a yerli sakinlər yazıb. Mübariz Əhmədzadə rayona ayrılan vəsaitləri mənimsəyib və indi də dotasiya kəsilir.

"Meliorasiya və Su təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı olan icra başçısı prezidentin ayırdığı pulları çırpışdırıb. Əhmədzadə rayonun sosial problemləri ilə əhalini baş-başa qoyub.

Qarşılığında isə başı rayonu çapıb talamağa, sərvətlərinə yiyələnməyə, hotel-restoran biznesini inkişaf etdirməyə qarışıb.

İstirahət zonaları, meşələri çay kənarlarını, restoranları və hətta hotelləri belə bütünlükdə Əhmədzadələrə məxsusdur.

Nəticədə isə Zaqatalada iş adamlarına sərmayələr yatırmağa imkan verilmir.Bu faktlardan əlavə, ölkə rəhbərliyi ondan çox narazıdır.

Çünki qardaşı Əhməd Əhmədzadədən savayı kimsəni saymır. Ona görə kadr islahatlarına uyğun olaraq M.Əhmədzadənin gedişi gözlənilir.

Qax rayonunun icra başçısı Musa Şəkiliyev də istefaya gedir. Əhməd Əhmədzadənin xalası oğlu olan Şəkiliyev bu səfalı rayonda heç bir inkişafa nail olmayıb.

Onun və Zaqatalanın başçısı Mubariz Əhmədzadənin vəzifədən getməsi bu iki rayonun Əhmədzadələrdən alınması və ASC sədrinin quberniyasının, biznes imperiyasının çöküşü deməkdir.

Bundan başqa, Vüqar Əhmədzadə - DSMF Qax rayon şöbəsinin müdiri, Tərlan Əhmədzadə isə Qax rayon Mərkəzi Xəstəxanasının baş həkimidir.

Onların rayondakı qanunsuz əməlləri barədə ən ucqar kəndlərin sakinləri belə xəbərdardır. Hər iki qurum böyük korrupsiya bataqlığına qərq olub.

Ümumiyyətlə, rayonda ən "bərkgedən” obyektlər – restoranlar, hotellər, istehsal müəssisələri, mağaza və marketlər Əhmədzadələrə məxsusdur. Onların icazəsi olmadan heç kəs hər hansı obyekt tikə, onların "bazar”ına girə bilməz.

Nəzərə çatdırmaq istəyirəm ki, Əhməd Əhmədzadənin oğlu Cuma Elman Rüstəmovun qızı Günel ilə ailəlidir. Bu qohumluq əlaqəsi Əhməd Əhmədzadənin statusunu biraz da möhkəmləndirib.

Bu qohumluq əlaqəsi yaranana qədər Əhməd Əhmədzadə tutduğu vəzifənin səlahiyyətlərini icra edirdi, yəni rəsmi fərmanla təsdiq edilməmişdi. İndi qudaların başı cəncəldədir. Baş bankir və baş su təsərrüfatçısı hər an işini itirə bilər.

Cumanın xarici ölkələrdə də böyük biznes imperiyası mövcuddur. Əsasən Londonda və Cenevrədə.

Özü Londonda yaşadığı üçün, ordakı biznesə birbaşa nəzarət edir. Cenevrədəki biznes fəaliyyətinə isə orada yaşayan qohumları - Mübariz Rəcəbovun oğlu Pərviz və Musa Şəkiliyevin oğlu Orxan nəzarət edirlər.

Qaxda bir sıra digər sahələr də Əhmədzadələrin nəzarətindədir. Məsələn, rayonda əsas kurort yeri olan İlisu kəndinin icra nümayəndəsi təyin olunan Həşim Həsənov Mübariz Əhmədzadənin qızının baldızı əridir.

Əhməd Əhmədzadə Sovet İttifaqı dövründən müxtəlif vəzifələrdə işləyən məmurlardandır.

Onun "Baron” ləqəbi ilə tanındığı bildirilir. Ə.Əhmədzadə o qədər də diqqət mərkəzində olmasa da, bütün qohum-əqrəbasını yaxşı vəzifələrə yerləşdirib, böyük bir klanın ağsaqqalına çevrilib. Əhməd Əhmədzadə həm də böyük biznesə, varidata sahibdir.

"Advisors CO.”, "Proyekt”, "Muğal” Məhdud Məsuliyyətli Cəmiyyəti, "Uluyurd” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi şirkətlərin sahibi olan Cüma Əhmədzadənin, həm də otellər zəncirinin sahibi olduğu bildirilir.

"İlisu Uludağ Turizm və İstirahət Kompleksi”nin, "El-Resort” otelinin və s. Onun İngiltərə və Çexiyada da şirkətlərinin ("ALPS s.r.o.”, "GYUNEL LİMİTED” və sair) olduğuna dair məlumatlar yayılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR