Logo

Maliyyə Nazirliyindən XƏBƏRDARLIQ

Maliyyə Nazirliyindən XƏBƏRDARLIQ
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Azərbaycan Maliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarının nəzərinə çatdırır ki, "Qeyri-hökumət

təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikası Qanununun 29.4-cü

maddəsinə əsasən, qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec

olmayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etməlidirlər.

Sfera.az Trend-ə istinadən bildirir ki, Nazirlik bildirir ki, "Qeyri-hökumət təşkilatlarının illik maliyyə

hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"na əsasən qeyri-hökumət təşkilatlarının

maliyyə hesabatları aşağıdakılardan ibarət olmaqla müəyyən edilib: maliyyə vəziyyəti haqqında,

maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat, əhəmiyyətli uçot siyasəti və izahlı qeydlər.

Eyni zamanda, maliyyə fəaliyyətinin olmaması barədə ayrıca arayış forması təsdiq edilib və QHT-nin

maliyyə fəaliyyəti olmadığı təqdirdə yalnız həmin formanı dolduraraq Maliyyə Nazirliyinə təqdim edilməlidir.

Bundan başqa, Maliyyə Nazirliyi tərəfindən qeyri-hökumət təşkilatlarından illik maliyyə hesabatların

elektron alınması məqsədilə Qeyri-hökumət təşkilatların elektron hesabatlılıq Proqramı hazırlanıb.

www.qht-hesabat.maliyye.gov.az sayt vasitəsilə qeydiyyatdan keçərək elektron hesabat təqdim etmək

mümkündür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR