Logo

Paltar yumağın bilmədiyiniz hiylələri!

Paltar yumağın bilmədiyiniz hiylələri!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tər ləkələri

Qoltuq altındakı tər ləkələrini aparmaq üçün, 2 ədəd aspirini ilıq suda əzin və ləkə olan bölgəyə sürtün. Bir neçə dəqiqə gözlədib, yuyun.

sirkk

Sirkə

Sirkə bir çox şeyə faydalıdır. Çətin ləkələri aparmaq üçün paltar maşınına 1 fincan ağ sirkə tökün. Sirkənin yumşaldıcı təsiri də var. Eyni zamanda, maşının özünü də təmizləyəcək.

leke

Dodaq boyası ləkələri

Dodaq boyası ləkələrini təmizləmək üçün sizə bir qədər çörək lazım olacaq. Çörəyin içini çıxarıb, rulon halına gətirin. Daha sonra ləkənin üzərinə sürtün.

kot

Cinslər

Cinslərinizin təzə qalması üçün, onları paltar maşınında ayrıca yuyun. Yuduqdan sonra, durulama suyuna 1 fincan sirkə, 4-də bir fincan duz əlavə edin.

reng

Rəngləri canlı saxlamaq

Zamanla paltarların rəngləri solur. Bunun qarşısını almaq üçün, onları yuyarkən, paltar maşınına yarım fincan soda və bir neçə çay qaşığı istiot əlavə edin. Rənglərin canlandığını görəcəksiniz.

yag

Yağ ləkəsi

Üstünüzə yağ ləkəsi düşübsə, köməyinizə təbaşir çata bilər. Paltarı yumamışdan əvvəl, təbaşirlə ləkə olan hissəni ovun.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR